Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:35

Putin Qarabağdan da danışdı


Vladimir Putin
Vladimir Putin

Keçmişdə Putin parlamentdəki çıxışlarında bəzən ciddi siyasi addımları açıqlayıb

Putin Rusiyanın geniş beynəlxalq əməkdaşlığa açıq olduğunu deyib. “Biz regional münaqişələrin həllində köməyə çalışırıq, Suriyada vəziyyətin sabitləşməsi, Liviyada siyasi dialoqun yaranması üçün çox iş görmüşük. Bilirsiniz ki, Rusiya Dağlıq Qarabağ regionunda silahlı münaqişənin dayandırılmasında böyük rol oynayıb”, – o bildirib.

Azərbaycan ötən il Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan təmizlədi. Amma təmas xəttinə Rusiya hərbçilərinin yerləşdirilməsi Azərbaycanda müxalif və müstəqil düşüncəli şəxslərin narazılığına səbəb olub. Onlar bunu ölkənin suverenliyinə təhdid hesab edirlər. Beynəlxalq mediada isə Qarabağın Rusiya protektoratına çevrilməsinə dair fikirlər səslənir.

Xankəndi hərbi parad. Rusiya Azərbaycandan icazə alıbmı?
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

***

Rusiya Prezidenti Vladimir Putin parlamentdə illik çıxışında xarici provokasiyalarla bağlı xəbərdarlıq edib. O deyib ki, Moskva digər ölkələrlə yaxşı münasibətlər qurmağa çalışır, amma heç bir xarici ölkə Rusiyanın “qırmızı xətlər”ini keçməməlidir.

“Bizim təhlükəsizliyimizə qarşı hər hansı provokasiya təşkil edənlər əvvəl heç vaxt olmadıqları qədər peşman olacaqlar”, – Putin vurğulayıb.

***

Putin çıxışının əvvəlində COVID-19 pandemiyasından danışaraq deyib ki, payızadək rusiyalılarda xəstəliyə qarşı kütləvi immunitet yaranmalıdır. O, vətəndaşları peyvənd vurdurmağa çağırıb.

Rusiyada koronavirusdan indiyədək 106 mindən çox xəstə vəfat edib. Federal statistika agentliyi ayrıca hesablama apararaq 2020-ci ilin aprelindən bu ilin fevralınadək 225 mindən çox insanın öldüyünü açıqlayıb.

Putin çıxış edərkən polis ölkədə planlaşdırılan etirazlar öncəsi bir neçə nəfəri, o cümlədən Navalnının iki əsas müttəfiqini saxlayıb.

***

Rusiya Prezidenti Vladimir Putin bu gün – aprelin 21-də parlamentin birgə sessiyasında 17-ci illik müraciətini edir. Bu çıxış ölkə içində və xaricdə bir neçə böhranla eyni dönəmə təsadüf edir.

Hazırda Rusiyanın Qərblə münasibətlərində gərginlik yaşanır. Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılarla münaqişə qızışır, Belarusda mübahisəli avqust prezident seçkisindən sonra iğtişaşlar baş verib.

Müxalifət lideri Aleksey Navalnının həbsi isə ölkədə gərginliyi dərinləşdirib. Elə bu gün Navalnı tərəfdarları kütləvi etirazlar planlaşdırıblar.

Sentyabrın 19-da Rusiyada parlament seçkiləri gözlənir. Ölkədə qlobal koronovirus pandemiyasından dolayı iqtisadi və sosial çətinliklər yaşanır.

ABŞ, Ukrayna, Navalnı

Prezidentin çıxışı öncəsi ABŞ-ın Moskvadakı səfiri Con Salivan məsləhətləşmələr üçün Vaşinqtona qayıdacağını açıqlayıb. Bundan bir neçə gün öncə ABŞ Rusiyaya ərazisində iddia olunan kiberhücumlar, 2016 və 2020-ci illər prezident seçkilərinə müdaxiləyə görə sanksiyalar elan edib.

Rusiyanın Ukrayna ilə sərhədə və ilhaq etdiyi Krıma qoşun yığması da Qərbin əndişələrini artırır. Moskva 2014-cü ildə Krımı ilhaq edəndən sonra Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Son həftələr regionda tez-tez toqquşmalar baş verir.

Aprelin 21-də polis Navalnının antikorrupsiya fondunun regional ofislərində reyd keçirib. Müxalifətçi üç həftədən çoxdur həbsdə aclıq etdiyini deyir, öz həkimlərinin onu müayinə etməsini istəyir. O, aprelin 19-da xəstəxanası olan həbsxanaya köçürülüb, səhhətinin “kafi” olduğu açıqlanıb.

Əvvəlki çıxışlar

Keçmişdə Putin parlamentdəki çıxışlarında bəzən ciddi siyasi addımları açıqlayıb. Ötən il konstitusiyaya dəyişikliklərə hazırlıqla bağlı açıqlama verdi. Həmin dəyişikliklərdən biri onun 2036-cı iləcən hakimiyyətdə qalmasını mümkün edir. Həmin çıxışdan az sonra ovaxtkı baş nazir Dmitri Medvedev və hökuməti istefa verdi, Federal Vergi Xidmətinin keçmiş başçısı Mixail Mişustin onun yerinə təyin olundu.

Putin 2018-ci ildə qitələrarası ballistik raket daxil olmaqla bir neçə qabaqcıl silah sisteminin video təqdimatını etdi.

Parlamentin iclasında baş nazir, hökumət üzvləri, hakimlər, ordu və təhlükəsizlik rəsmiləri, Rusiya Pravoslav kilsəsinin və digər dini qrupların liderləri, başqa qonaqlar da iştirak edir. TASS tədbiri işıqlandırmaq üçün 450 jurnalistin akkreditə olunduğunu yazır.

68 yaşlı keçmiş KQB zabiti olan Putin 1999-cu ildən Rusiya gah prezident, gah da baş nazir kimi idarə edib.

XS
SM
MD
LG