Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Rusiyaya sanksiyaları necə gücləndirməli –  Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Mərkəzi və Şərqi Avropada ÜDM 2014-cü ildən bəri ilə 3-5% artdığı halda, Rusiyada durğunluq yaranıb

Qərbin Rusiyaya sanksiyalarının işləməməsi iddialarının əsası yoxdur. Yeddi il öncə qüvvəyə minmiş sanksiyalar Rusiya iqtisadiyyatında durğunluq yaradıb, Kremlin Qərbə qarşı hibrid müharibəsinin davam etməsi isə daha sərt sanksiya rejimini prioritetə çevirir. “Project Syndicate” portalında Anders Åslund yazır ki, Kreml bir tərəfdən Qərbin sanksiyalarının təsirsiz, əsassız olduğunu iddia edir, digər tərəfdən də onları qaldırmağa çağırır.

Müəllif investisiya bankirlərinin də oxşar arqumentlər səsləndirdiyini qeyd edir. Əlbəttə, onlar Rusiyaya birbaşa investisiyanı yasaqlamış sanksiyaların ləğvindən qazanardılar. Onlardan başqa mövcud sanksiyalara qarşı çıxanlar Kremlin qılığına girməyə çalışan avtoritar siyasətçilər və akademiklərdir.

Sanksiyaların təsiri

Müəllif qeyd edir ki məhz 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən, Ukraynanın şərqinə hərbi müdaxiləyə başlamasından sonra qüvvəyə minmiş sanksiyalar Kremli dayandırdı, Ukraynanın şərq ucqarının cəmi 3 faizi tutuldu. Axı, Rusiya Prezidenti Vladimir Putin 2014-cü il aprelin 17-də Ukraynanın cənub-şərqini tutaraq “Novorossiya” yaratmaqdan danışırdı.

Məqalədə deyilir ki, Mərkəzi və Şərqi Avropada ÜDM 2014-cü ildən bəri ilə 3-5% artdığı halda, Rusiyada durğunluq yaranıb. Kreml buna görə neftin ucuzlaşmasını səbəb göstərir. Amma neft və qaz sonradan bahalandı, Rusiya iqtisadiyyatı dəyişmədi. Hazırda AB ölkələri içində yalnız Bolqarıstanda adambaşına ÜDM Rusiyadan azdır.

Müəllif Qərbin sanksiyalarını Rusiya elitasına yönəltməsini vacib sayır. Hazırda Kremlin elitası daxil olmaqla rusiyalıların Qərbdəki ofşor anonim fondlarda 1 trilyon dollara yaxın vəsaiti olduğu bildirilir. “Bu sərvət Qərb siyasətinə korrupsioner təsir göstərə bilər deyə onları üzə çıxaracaq yeni şəffaflıq qanunvericiliyi lazımdır”, – məqalədə deyilir.

Növbədə kimdir?

“The Moscow Times”da İlya Klişin isə Dövlət Dumasına seçkilərə bir aydan da az vaxt qaldığı bir dönəmdə hakimiyyətin müstəqil media orqanlarına repressiyanı gücləndirməsindən yazır. Onların bir qismi xarici agent, digərləri arzuolunmaz təşkilat elan olunur.

Müəllif qeyd edir ki, Dojd TV-nin xarici agent siyahısına salınacağını çox az adam gözləyirdi. Dojd çox liberal redaksiyasi siyasəti yürüdüb, müxalifət lideri Aleksey Navalnı tərəfdarlarının builki etirazlarını hərtərəfli işıqlandırıb, amma heç vaxt radikal yanaşma sərgiləməyib.

Bu televiziya həm müxalifətə, həm də hakim partiyadan deputatlara, hətta Kremlin təbliğatçılarına yer ayırıb.

“Hakimiyyətin Dojd-u da qaralaması oyunun qaydalarını bir daha alt-üst elədi, daha dəqiq desək, qaydaların olmadığını, hər kəsin qurban gedə biləcəyini yada saldı. Bu gün sənin dalınca gəlmədilərsə, sabah gələ biləcəklərindən mütləq qorx – hətta rəsmi qəbullara getdiyin, Kremlin içində olanlarla oturub-durduğun üçün özünü təhlükəsiz saysan belə”, – müəllif yazır.

“Növbədə kimdir?” sualına gəlincə, ağla azı on ölkə miqyaslı və regional media orqanı, həmçinin populyar blogerlər gəlir. “Üstəlik, belə bir spekulyasiya narahatlığı yüngülləşdirir, fikrimizi güclənməkdə olan bu xoşagəlməz reallıqdan yayındırır”, – məqalədə deyilir.

XS
SM
MD
LG