Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:12

Danimarka pandemiya qadağalarını qaldırır


Kopenhagen, 3 sentyabr, 2021-ci il
Kopenhagen, 3 sentyabr, 2021-ci il

Almaniyanın BioNTech şirkəti bütün dünyada beş yaşlılara COVID-19 vaksini vurulmasına icazə istəyəcək

Danimarka koronavirus pandemiyasının kökünü kəsməyi hədəfləyən bütün qadağaları qaldırıb və Avropa Birliyi ölkələri içində bunu edən ilk ölkələrdən olub. Əhalinin yaşı 12-dən yuxarı 80 faizindən çoxunun COVID-19-a qarşı peyvəndin hər iki dozasını vurdurduğu bildirilir.

Artıq sentyabrın 10-dan gecə klublarına girmək üçün rəqəmsal peyvənd pasportu tələb olunmayacaq.

Avqustun ortasından ictimai nəqliyyatda maska taxmaq məcburi deyil.

Martdan bütün məkanlarda tələb olunan vaksin pasportları sentyabrın 1-dən yığışdırılıb, yalnız gecə klublarında qalmışdı.

Artıq restoranların içində oturmaq, futbola baxmaq, fitnes mərkəzlərinə, yaxud gözəllik salonuna getmək üçün də rəqəmsal pasport tələb olunmayacaq.

Ancaq ölkə aeroportlarında maska taxmaq tələbi qüvvədə qalır. Adamlara həkimə, test mərkəzlərinə, xəstəxanalara gedəndə də maska taxmaq tövsiyə edilir.

Sərhəddə qeyri-danimarkalılar üçün sərt giriş qaydaları qalır.

5-11 yaşlılara peyvənd vurmaq

Almaniyanın BioNTech şirkəti bütün dünyada beş yaşlı uşaqlara COVID-19 vaksini vurulmasına icazə istəyəcək. Şirkət rəhbərləri “Der Spiegel”ə bu yöndə hazırlıqların getdiyini bildiriblər.

“Bir neçə həftəyə dünyanın tənzimləyici orqanlarına 5-11 yaşlılar üzərindəki sınaqlarımızın nəticələrini təqdim edəcək və bu yaş qrupuna vaksinin vurulmasına icazə istəyəcəyik. Bunu Avropada da edəcəyik”, – şirkətin Baş Tibb rəsmisi Özləm Tureci dərgiyə deyib.

Şirkətin Pfizer ilə hazırladığı “Comirnaty” vaksini hazırda yaşı 12-dən yuxarı olanlara vurulur. Tureci deyib ki, vaksinin azdozalı pediatrik versiyasının qablaşdırılması üçün yekun işlər görülür.

Şirkətin baş icraçı direktoru Uğur Şahin isə qeyd edib ki, “hər şey yaxşı görünür və plan üzrə gedir”.

XS
SM
MD
LG