Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:12

'Səhvlərimə görə cənab prezident və Mehriban xanım qarşısında üzr istəyirəm'


Ata Abdullayev
Ata Abdullayev

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev iddia edir ki, heç kimdən pul tələb etməyib. Onunla bağlı cinayət işində zərərçəkən kimi tanınan dörd nəfərin də onlardan pul istəməsi haqda ifadələrinin yalan olduğunu deyir.

"Heç kimə deməmişəm ki, mənə pul ver. Mən Heydər Əliyev ideyalarına xidmət edən adamam. Səhvsiz bir tək Allahdır, hər bir insan kimi, mənim də səhvim var. Buna görə cənab prezident və Mehriban xanım qarşısında üzr istəyirəm", – Abdullayev dekabrın 7-də məhkəmədə belə deyib.

2 min videonun 1 min 594-ü...

O vurğulayıb ki, indiyədək 2 minə qədər video çəkib. Onun 1 min 594-ü prezident haqqında olub. Qalan videolar arasında Baş prokuror Kamran Əliyev və digərlərinin gördüyü işlərə aid materiallar olsa da, əksəriyyətində sosial problemlərdən bəhs olunub: "Mənim telefonum isə daim açıq olurdu. Mənə şikayətlər gəlirdi, onları işıqlandırırdım".

Abdullayevin dediklərindən o da məlum olub ki, yaşadığı ərazi üzrə Mənzil İstismar Sahəsinin rəisi onun haqqında mənfi xasiyyətnamə verib. Orada göstərib ki, qonşular ondan şikayətçidir. Bunun yalan olduğunu deyən Abdullayev 65 qonşusunun məhkəməyə çağırılıb dindirilməsini istəyib: "Hamısı da dövlət vəzifəsində işləyir. Gəlsinlər, əgər məndən şikayətçi olsalar, heç nə deməyəcəm, hər şeylə razılaşacam".

Vəkil Telman Talıbov deyir ki, əksinə, qonşular ondan razılıq edib, bunu təsdiqləyən sübutlar da var.

Xatırlatma

İndiyədək bir sıra qalmaqallarda adı keçən Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb. O, dörd nəfərdən şantajla pul tələb etməkdə, onlardan birinə "iPhone" markalı mobil telefon aldırmaqda suçlanır.

Onun ittiham olunduğu CM-in 182-ci maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Abdullayev bundan öncə də onlayn oğurluğa görə MTN əməkdaşları tərəfindən saxlanmış, son nəticədə ona şərti cəza verilmişdi.

XS
SM
MD
LG