Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:30

Lavrov Abxaziyada ruslara qarşı ‘xoşagəlməz vəziyyətdən’ danışıb


Dekabrın 21-də Suxumidə müxalifətin aksiyası keçirilib
Dekabrın 21-də Suxumidə müxalifətin aksiyası keçirilib

Abxaziyanın mərkəzi şəhəri Suxumidə müxalifət etirazçıları parlament ətrafında qurulmuş polis zəncirini yarmağa cəhd göstəriblər

Gürcüstandan qopmuş Abxaziyanın mərkəzi şəhəri Suxumidə müxalifət etirazçıları parlament ətrafında qurulmuş polis zəncirini yarmağa cəhd göstəriblər.

Xəbər verilir ki, dekabrın 21-də etirazçılar polisə fişəng atır, polis isə gözyaşardıcı qazlar və tüstü qumbaraları ilə cavab verirdi.

Xəsarət alanlar və saxlananlar barədə hələki heç bir məlumat yoxdur.

Sosial mediada yayılan foto və videolarda etirazçıların avtobusları aşırmağa cəhd göstərdikləri görünür.

Bundan əvvəl etirazçılar şəhərdəki dram teatrının yaxlınlığında Abxaziyanın başçısı Aslan Bjaniya ilə görüşmüşdülər.

Lakin müxalif Abxaziya Xalq Birliyi Forumunun lideri Aslan Bartsits bu görüşdən razı qalmadığını bildirib və etirazçılar parlament binasına doğru yürüş ediblər.

Etirazçıların əllərindəki plakatlarda “Abxaziyanı satmağa qoymarıq!”, “Xalq yalandan yorulub, üzr istə və çıx get!” kimi çağırışlar yazılmışdı.

Müxalifətin ittihamları

Bjaniya dekabrın 20-də etdiyi çıxışında qanunsuz və “konstitusiya zidd” hərəkət edənləri ittiham edib.

Müxalifət iqtidarı fəaliyyətsizlikdə, koronavirusla yarıtmaz mübarizədə, elektrik şəbəkəsinin bərbad işləməsində və bürokratiyanın genişləndirilməsində ittiham edir.

Abxaziya və Gürcüstanın başqa bir separatçı bölgəsi - Cənubi Osetiya 2008-ci ildə Rusiya və Gürcüstan arasında baş vermiş qısa müharibədən sonra müstəqilliklərini elan ediblər.

Rusiya bu iki regionun Gürcüstandan müstəqiliyini dərhal tanıyıb.

Gürcüstan Rusiyanı onun separatçı bölgələrini işğal etməkdə ittiham edir.

Beləki indi hər iki bölgədə Rusiya qoşunları yerləşdirilib və əhaliyə Rusiya pasportları paylanıb.

Lavrov gileylənir

Bu arada Abxaziyanın xarici işlər naziri İnal Ardzinba Rusiya tərəfini əmin edib ki, Rusiya vətəndaşlarına məxsus əmlakın onlara qaytarılması üçün əlindən gələni edəcək.

TASS xəbər agentliyinin yazdığına görə bu barədə məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib.

Lavrov habelə deyib ki, Abxaziyada Rusiya iş adamlarının və rusiyalı turistlərin üzləşdikləri xoşagəlməz hadisələr baş verir.

Lavrovun sözlərinə görə, Abxaziya tərəfi onu rusiyalı biznesmenin 2016-cı ildən bəri müsadirə edilmiş əmlakının qaytarılacağına əmin edib.

Rusiya xarici işlər naziri habelə Abxaziya və Cənubi Osetiyadakı Rusiya qoşunlarından söz açıb:

"Bu qoşunlar orada imzalanmış müqavilələr əsasında yerləşdirilib. Bizim hərbi bazalarımız müttəfiqlərimizin sərhədlərini etibarlı şəkildə qoruyur”.

Münaqişənin tarixçəsi

Abxaziya hələ sovet vaxtlarından Gürcüstanın tərkibində muxtar respublika statusuna malik olub.

Lakin 1990-cı illərdə Abxaziya Cənubi Osetiya ilə birlikdə Gürcüstandan ayrıldığını elan edib.

Bunun ardınca baş verən münaqişədə Gürcüstan bu əraziləri faktiki olaraq itirib.

2008-ci ildə isə Rusiya bu iki separatçı bölgənin müstəqiliyini tanıyıb.

Dünya ölkələrinin əksəriyyəti Abxaziya və Cənubi Osetiyanı Gürcüstan ərazisi hesab edir.

XS
SM
MD
LG