Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:15

Qarabağdakı separatçılar da 'Artsax'ı tanımağa çağırır


Araik Arutyuyan ön cəbhədə
Araik Arutyuyan ön cəbhədə

Müraciətdə deyilir ki, millətlərin öz müqəddəratın təyinetmə və öz dövlətini qurmaq haqqı beynəlxalq hüququn təməl prinsipidir.

Dağlıq Qarabağdakı separatçılar Rusiyanın Ukraynanın şərqində separatçı respublikaçıları tanımasını alqışlayır. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, fevralın 22-də separatçıların lideri Araik Arutyuyan Rusiyanın Donetsk və Luqanskdakı qurumları tanıması münasibətilə müraciət açıqlayıb.

Müraciətdə deyilir ki, millətlərin öz müqəddəratın təyinetmə və öz dövlətini qurma haqqı beynəlxalq hüququn təməl prinsipidir.

“Suveren dövlət kimi tanınmağa layiq...”

“Artsax Respublkası (Dağlıq Qarabağ – red.) onillər boyunca öz azadlığı, təhlükəsizliyi, öz dövlətini qurmaq uğrunda mübarizə aparıb, dəfələrlə ağır sınaqlardan... keçməli olub”, – Arutyunyan vurğulayır.

Separatçıların lideri “gərəkən və mübahisəsiz tarixi, siyasi, hüquqi və əxlaqi əsaslandırmaları olan Artsax Respublikasının beynəlxalq səviyyədə suveren dövlət kimi tanınmağa layiq olduğunu” yazır.

Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki Donetsk və Luqansk “xalq respublikaları” adlı qondarma qurumları tanıyıb. Qərb bu addımı pisləyib və Rusiyaya sanksiya tətbiqinə başlayıb.

Ukrayna Moskvanın addımını rədd edib, Donetsk və Luqansk üzərində suverentylini bir daha bəyan edib.

Münaqişə bitdimi?

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonrakı çıxışlarında dəfələrlə münaqişənin bitdiyini, tarixə qovuşduğunu bəyan edib.

XS
SM
MD
LG