Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:15

Putinə və Lavrova sanksiyalar qoyuldu, Kanada rus arağını qadağan etdi


Sergey Lavrov (solda) və Vladimir Putin
Sergey Lavrov (solda) və Vladimir Putin

Bu barədə qərar Avropa İttifaqı liderlərinin fevralın 25-də keçirilən sammitində qəbul olunub və Rusiyaya qarşı nəhəng sanksiyalar paketinin bir hissəsidir

ABŞ Maliyyə Nazirliyi fevralın 25-də Rusiyaya qarşı yeni sanksiya siyahısını dərc edib.

Bu siyahıya Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, habelə Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimovun adları salınıb.

Britaniyanın baş naziri Boris Conson NATO liderlərinin fevralın 25-də keçirilən virtual sammitində deyib ki, London da Putin, Lavrov və Rusiya rəhbərliyində olan başqa şəxslərə sanksiya qoyur.

Kanadanın baş naziri Castin Trüdo bildirib ki, onun ölkəsi də bu sanksiyalara qoşulur.

Kanada bunu da bəyan edib ki, rus arağı və Rusiyada istehsal olunmuş bütün başqa alkoqollu içkilərin satışı qadağan olunur.

***

Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulması barədə qərar qəbul edib.

Bu barədə qərar Avropa İttifaqı liderlərinin fevralın 25-də keçirilən sammitində qəbul olunub və Rusiyaya qarşı nəhəng sanksiyalar paketinin bir hissəsidir.

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Moskvaya qarşı yeni sanksiyaları qəbul ediblər.

Bu sanksiyaların şəxsən Putin və Lavrova nə dərəcədə ziyan vuracağı məlum deyil, amma qərar siyasi baxımdan rəmzi məna daşıyır.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib ki, Rusiya prezidenti və xarici işlər nazirinin aktivlərinin dondurulmasını nəzərdə tutan bu sanksiyalar – sanksiyaların 2-ci dövrəsidir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, bundan əvvəl yalnız Rusiya oliqarxlarından ibarət qara siyahıya indi Putin və Lavrovun da adları daxil edilib.

Bu sanksiyalardan əvvəl Kreml rəsmilərinin və Dövlət Duması deputatlarının Avropa İttifaqına səfərlərinə qadağan qoyuluvb.

Sanksiyalar Rusiyanın enerji, maliyyə və nəqliyyat sektorlarını hədəfləyir.

Bundan başqa Avropadan Rusiyaya kritik texnologiya və kompüter proqramlarının ixracı qadağan edilib.

Elə bugün, fevralın 25-də Putin və Lavrovun üzərinə ABŞ sanksiyalarının da qoyulacağı gözlənilir.

Rusiya Avropa Şurasında təmsilçilik hüquqdan, Eurovision-da iştirakdan məhrum oldu
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Avropa Şurası Rusiyanı təmsilçilik hüququndan məhrum edir

Avropa Şurasının Nazirlər Kabineti Rusiya Federasiyasını bu qurumda və Parlament Assambleyasında təmsilçilik hüququndan məhrum edib.

Dərhal qüvvəyə minən bu qərarda deyilir ki, bu addım Rusiyanın Ukraynaya hərbi hücumuna görə atılıb.

Fevralın 25-də qəbul olunmuş bu qərar o deməkdir ki, Rusiya Federasiyası Avropa Şurasının üzvü və Avropa Şurasının, insan haqları da daxil müvafiq konvensiyalarının tərəfi olaraq qalır.

Bu da əlavə edilir ki, Rusiya Federasiyasının Avropa İnsan Haqları Məhkəməsindəki hakimi də məhkəmənin üzvü olaraq qalır və Rusiyaya dair daxil olan ərizələrə baxılması və onlar barədə qərarlar çıxarılması davam etdirilir.

Bu da deyilir ki, söhbət son qərardan yox, müvəqqəti tədbirdən gedir və kommunikasiya xətləri açıq saxlanır.

Zelenski Putinə danışıqlar təklif edib. Kreml Minskə nümayəndə göndərməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində Rusiyanın onun ölkəsinə soxulmasını “Avropaya qarşı müharibənin başlanması” adlandırıb. Zelenski videonun sonunda Rusiya Prezidenti Vladimir Putinə danışıqlara başlamağı təklif edib.

“Ukraynanın bütün ərazisində döyüşlər gedir. Gəlin, danışıqlar masasına əyləşək, insan ölümlərinə son verək”, – Zelenski deyib.

Ukrayna Prezidenti çıxışında Rusiyanın təməl insan haqlarına qarşı çıxdı.ığını da qeyd edib.

Rusiya nümayəndə heyəti göndərməyə hazırdır

Rusiya Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır. Bunu isə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Xəbəri “RİA Novosti” yayıb.

“Ukrayna prezidenti Zelenski bu gün Ukraynanın neytral statusunun müzakirəsinə hazır olduğunu bəyan edib. Rusiya Prezidenti Vladimir Putin ilkin olaraq deyirdi ki, əməliyyatın məqsədi DXR və DXR-ə yardım, Ukraynanın demilitarizasiyası və denasifikasiyasıdır. Məhz bu, neytrallıq statusunun ayrılmaz komponentidir”, – Peskov vurğulayıb.

Onun sözlərinə görə, nümayəndə heyətinə müdafiə, xarici işlər nazirliklərinin, həmçinin prezident administrasiyasının təmsilçiləri daxil olacaq.

Avropalılara çağırış

Ukrayna prezidenti Avropanı ölkəsinə daha fəal kömək göstərməyə çağırıb.

“Bizə belə ləng kömək edirsinizsə, özünüzü necə müdafiə edərsiz?” – deyən Zelenski avropalılara müraciət edib ki, Ukraynaya gələrək “bizimlə birlikdə” Avropanı müdafiə etsinlər.

Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Ukraynanın şərqindəki “DXR” və “LXR” adlı separatçı qurumların müstəqilliyini tanıyıb. Fevralın 24-də səhər tezdən isə Ukraynaya hücuma başlayıb. Hazırda paytaxt Kiyevə bir neçə tərəfdən hücum olunduğu, raket zərbələri endirildiyi bildirilir.

XS
SM
MD
LG