Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:54

Neftin qiyməti Ukrayna danışıqlarına ümidlə 100 dollardan aşağı düşüb


Belçikada Rusiyadan neft və qaz alınmasına etiraz
Belçikada Rusiyadan neft və qaz alınmasına etiraz

Martın 14-də Brent markasindan olan neftin qiyməti 5.77 dollar və ya 5.1 faiz düşüb. Hazırda bir barrelin qiyməti 106.90 dollardır

Martın 15-də qlobal neft qiymətləri bir barrel üçün 100 dollardan aşağı düşüb.

Ekspertlər bunu bir tərəfdən Ukrayna və Rusiya nümayəndələri arasında davam edən danışıqlar, digər tərəfdən isə Çində koronavirus yoluxmalarının artması ilə bağlayırlar.

Beləliklə neftin qiyməti son 14 ildə ən yüksək həddi olan 130 dollardan 99 dollara enib

***

Martın 14-də neft qiymətləri 5 faiz düşüb və son iki həftədə ən aşağı həddinə enib.

Reuters yazır ki, ekspertlərin fikrincə bu, həm də Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən danışıqların nəticəsinə ümidlə bağlıdır.

Digər tərəfdən Çində səfərlərə pandemiya ilə bağlı qoyulan qadağan neftə tələbatın artmasını ləngidə bilər.

Martın 14-də Brent markasindan olan neftin qiyməti 5.77 dollar və ya 5.1 faiz düşüb. Hazırda bir barrelin qiyməti 106.90 dollardır.

ABŞ nefti isə 6.32 dollar və ya 5.8 faiz ucuzlaşıb. Hazırda bu neftin bir barrelinin qiyməti 103 dollara düşüb.

Beləliklə ABŞ neftinin qiyməti fevralın 28-dən, Brent neftinin qiyməti isə martın 1-dən ən aşağı həddə enib.

Rystad Energy enerji araşdırmaları mərkəzindən Kauşal Rameş deyib ki, bu qiymət düşümü bilavasitə Ukrayna və Rusiya nümayəndələri arasında danışıqların davam etməsi ilə bağlıdır.

Bu danışıqlarda martın 15-dək texniki fasilə elan olunub.

Ukrayna bildirib ki, onun bu danışıqlarda tələbi dərhal atəşkəs, Rusiya qoşunlarının ölkədən tam çıxarılması və təhlükəsizlik qarantiyasıdır.

Çin faktoru

Bununla yanaşı neft qiymətlərini təsirləndirən başqa faktorlar da var.

Çində Omikron yoluxmalarının artması ilə bağlı səfər qadağanının qoyulması neft qiymətlərinin yüksək qalmasına səbəb ola bilər. Beləki Çin dünyada neftin, maye qazın və kömürün ən böyük alıcısıdır.

Reuters agentliyi yazır ki, sanksiyalara baxmayaraq Rusiya mart ayı ərzində günə 11. 12 milyon barrel neft hasil edib.

Birləşmiş Ştatlar Rusiya neftinin idxalına qadağan qoyub, Britaniya isə Rusiya neftinin alışını bu ilin sonunadək dayandıracağını bildirib.

Rusiya dünyada neft və neft məhsullarının ən böyük ixracatçısıdır.

O günə 7 milyon barrel və ya qlobal tələbatın 7 faizi qədər neft ixrac edir.

ABŞ neftin qiymətinin qalxmaması üçün çarpışır

ABŞ Rusiya neftinə qadağan qoysa da, Birləşmiş Ştatların bu ölkədən aldığı neftin həcmləri onsuz da böyük deyildi.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol neft hasil edən ölkələri daha çox neft ixrac etməyə çağırıb.

Rusiyadan enerji asılılığı olan Avropa İttifaqı neft və qazı Moskvaya elan etdiyi sanksiyaların 4-cü dövrəsindən də kənarda saxlamalı olub.

Bu arada Hindistan bildirib ki, öz milli anbarlarından satış üçün daha çox neft çıxara bilər.

Hindistan rəsmiləri bunu deyirlər ki, Delhi Rusiyadan Moskvanın təklif etdiyi kimi rupi-rubl mübadiləsi ilə güzəştli qiymətə xam neft ala bilər.

Bu arada Birləşmiş Ştatların administrasiyası İranla nüvə danışıqlarını mümkün qədər tez yekunlaşdırmağa çalışır.

Bu, İran üzərindəki sanksiyaların qaldırılmasına və bazara əlavə olaraq günə 1 milyon barrel neft çıxarılmasına imkan verərdi.

Lakin ABŞ Senatının 50 senatorundan 49-u İranla razılaşmaya qarşıdır.

ABŞ Federal Xəzinəsinin bu həftə uçot dərəcəsini qaldıracağı gözlənilir. Bu, neftin qiymətinin aşağı düşməsinə, dolların isə möhkəmlənməsinə kömək edərdi.

XS
SM
MD
LG