Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:42

Ermənistan müxalifətinin ‘Qarabağ bəyanatı’ parlamentdən keçmədi


Bakının Qarabağdakı erməni qüvvələrinin çıxarılması tələbini Yerevanda təhlilçilər şərh edir
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Bakının Qarabağdakı erməni qüvvələrinin çıxarılması tələbini Yerevanda təhlilçilər şərh edir

Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” fraksiyası səsvermədə iştirak etməyib

Ermənistanın Milli Məclisi martın 23-də qapalı sessiyasında “Dağlıq Qarabağda humanitar vəziyyət və təxirəsalınmaz tədbirlər” haqqında bəyanatın layihəsini müzakirə edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, müxalifət fraksiyalarının təqdim etdiyi layihənin leyhinə 30 səs verilib.

Bu da xəbər verilir ki, Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” fraksiyası səsvermədə iştirak etməyib.

Beləliklə bəyanat layihəsi parlamentdən keçməyib.

Bakının Qarabağdakı ordunun çıxarılması tələbinə Yerevandan izah
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Müxalifət müzakirənin açıq keçirilməsini istəsə də

Martın 23-də Milli Məclisdə bu bəyanatın müzakirəsinin qapalı keçirilməsi məsələsi səsverməyə qoyulmuşdu.

Həmin təklifə 66 deputat səs verib. Təklifin əleyhinə 18 deputat çıxış edib. Beləliklə də müxalifətin Qarabağa dair bəyanatı layihəsinə qapalı iclasda baxılıb.

Səsvemədən əvvəl keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından deputata Artsvik Minasyan bəyanatın yalnız dövlət və xidməti sirr olan hissələrinin qapalı rejimdə müzakirəsini təklif etmişdi.

Lakin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının başçısı Ayk Koncoryan deyib ki, bu məsələ geniş ictimai maraq kəsb etsdə də, sənəddə Ermənistan və Artsaxın (Qarabağ-red) təhlükəsizliyi ilə bağlı məqamlar var və sənəd layihəsi tam qapalı iclasda müzakirə olunmalıdır.

Müxalifətin daha bir təşəbbüsü rədd edilib

Parlamentin fövqəladə iclasının keçirilməsini iki müxalif fraksiya – Hayastan və “Şərəfim var” fraksiyaları istəmişdilər.

Onlar habelə bu iclasda xarici işlər naziri Ararat Mirzoyanın və baş nazirin müavini Mher Qriqoryanın məruzə etməsini tələb edirdilər.

Azatutyun yazır ki, martın 23-də müxalif Hayastan fraksiyasının deputatları həm də Ermənistanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan məmurların cinayət məsuliyyətinə cəlb olunması təşəbbüsü ilə çıxış etmişdilər.

Ermənistanın Milli Məclisi müxalifətin bu təşəbbüsünü də rədd edib.

Bu barədə qanun layihəsinin leyhinə 30, əleyhinə 63 deputat səs verib.

XS
SM
MD
LG