Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:54

Sülhməramlıların ‘Fərrux istiqamətini’ möhkəmləndirdiyi bildirilir


Rusiya sülhməramlıları Qarabağda (Arxiv fotosu)
Rusiya sülhməramlıları Qarabağda (Arxiv fotosu)

Azatutyun yazır ki, Rusiya tərəfinin verdiyi məlumata görə bu yaşayış məntəqəsi hazırda sülhməramlı missiyanın nəzarətindədir

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun martın 29-da Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Telegram-kanalına istinadən yazır ki, Rusiya sülhməramlı missiyasının komandanlığı “ehtiyat qüvvələrini Fərrux kəndi sahəsində cəmləşdirmək” qərarı qəbul edib.

Qeyd olunur ki, bu, “Azərbaycan qoşunlarının daha da irəliləməsinin qarşısının alınması” üçün edilir.

Azatutyun yazır ki, Rusiya tərəfinin verdiyi məlumata görə bu yaşayış məntəqəsi hazırda sülhməramlı missiyanın nəzarətindədir.

Azatutyun yazır ki, bugünlərdə onun çəkiliş qrupu Fərrux kəndinin yaxınlığındakı Pirlər (ermənilər Xramort deyirlər) kəndində olub.

"Yerli polis"

“Yerli polis” çəkilişi qadağan edib. Azatutyunun yazdığına görə kənddə vəziyyət gərgin imiş. Kənd sakinlərinin sözlərinə görə Azərbaycan silahlı qüvvələri “qonşu yüksəklikdədirlər”.

Azatutyun yazır ki, bugünlərdə baş vermiş eskalasiyadan sonra kənddə yalnız kişilər qalıb.

Qadınlar və uşaqlar Xankəndiyə və Qarabağın başqa təhlükəsiz yaşayış məntəqələrinə evakuasiya olunublar.

Azatuyun bunu da xəbər verir ki, martın 29-da Azərbaycan tərəfi Xankəndinin qaz təchizatının tam bərpa olunduğunu bildirib. Bu da bildirilir ki, martın 29-dan Dağlıq Qarabağın bütün ərazisinə qaz veriləcək.

Fərrux kəndindən ziddiyyətli xəbərlər
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Xatırlatma

Bu il martın 24-də Azərbaycanın Ağdam rayonu ilə hazırda Rusiya hərbçilərinin nəzarətində olan bölgəsində Fərrux və Pirlər kəndində vəziyyət gərginləşib.

Ermənistan Azərbaycan qüvvələrinin təmas xəttini pozduğunu deyib. Azərbaycan isə öz ərazisində dislokasiya apardığını bildirib.

Rusiya Müdafiə Nazirliyi də bundan 3 gün sonra, martın 27-də bildirmişdi ki, danışıqlar nəticəsində Azərbaycan tərəfi Fərrux ərazisindən bölmələrini çıxarıb.

Amma Azərbaycanın Müdafiə Nazirliyi isə bu məlumatı təkzib etmişdi.

Məlumatda vurğulanmışdı ki, Azərbaycan Ordusunun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

XS
SM
MD
LG