Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:02

Şarl Mişel: Sülh sazişini imzalamaq üçün hazırlıqlara start verilir (Video)


Əliyev-Paşinyan görüşü: Brüsseldə olan müxbirimizdən aldığımız son məlumatlar
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Əliyev-Paşinyan görüşü: Brüsseldə olan müxbirimizdən aldığımız son məlumatlar

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra bəyanat yayıb.

Humanitar məsələlər

Şarl Mişel Aİ-nin, gərginlikləri aradan qaldırmaq, Cənubi Qafqazı regionda yaşayan insanların hamısı üçün təhlükəsiz, sabit, dinc və çiçəklənən məkana çevirmək üçün Ermənistan və Azərbaycanla əməkdaşlığı dərinləşdirmək öhdəliyini bir daha vurğulayır.

Prezident Mişel inam və dinc birgə yaşayışdan ötrü hər iki tərəfdən humanitar jestlərin vacibliyini vurğulayıb. Saxlananların buraxılması, itkinlərin məsələsinin hərtərəfli həlli daxil bütün humanitar məsələlərin tam və sürətli həllinin gərəkdiyini, Aİ-nin bu səylərə dəstək verməyə hazır olduğunu deyib. Bəyanatda deyilir ki, Aİ Azərbaycanla Ermənistan arasında inam yaratma tədbirlərini, o cümlədən ərazilərin minalardan təmizlənməsinə dəstəyi davam etdirəcək.

Bəyanata görə, Prezident Əliyev və Baş nazir Paşinyan iki ölkə arasında sülh sazişinin tezliklə əldə olunmasını istədiklərini dilə gətiriblər. Bu məqsədlə bütün vacib məsələləri yoluna qoyacaq gələcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün iki ölkənin xarici işlər nazirlərinə göstəriş vermək qərara alınıb.

Birgə Sərhəd Komissiyasının mandatı

Sərhədin demarkasiyası və delimitasiyası üzrə yaradılacaq Birgə Sərhəd Komissiyasının mandatına isə ikitərəfli sərhədin delimitasiyası və sərhəd boyunca, eləcə də sərhəd yaxınlığında daimi təhlükəsizliyi təmin etmək daxil olacaq.

“Prezident Mişel onu da qeyd edib ki, qüvvələrin düzgün məsafədə saxlanması insidentlərin önlənməsi və gərginliyin azaldılmasının əsas elementidir. Prezident Mişel Aİ-nin tövsiyə və dəstək verməyə hazır olduğunu vurğulayıb”, – bəyanatda deyilir.

Liderlər Azərbaycanla Ermənistan arasında, eləcə də geniş anlamda Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastruktunun bərpasını müzakirə ediblər. Şarl Mişel dəmiryolu əlaqəsinin bərpasına yönəlik addımları alqışlayıb, tərəfləri magistral yol əlaqələrinin bərpasını da səmərəli şəkildə yoluna qoymağa çağırıb.

***

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə keçirdiyi üçtərəfli görüş barədə jurnalistlərə açqlama verib.

Onun bildirdiyinə görə, çox məhsuldar keçən görüşdə qərara alınıb ki, mümkün sülh sazişini hazırlamaq üçün sülh danışıqlarına başlamaq yönündə konkret prosesə start verilsin və bunun üçün lazım olan bütün elementlər müzakirə edilsin.

Həmçinin qərara alınıb ki, delimitasiya kimi həsas məsələylə məşğul ölmaq üçün birgə komitə yaradılsın.

Həmin komitə güclü kommunikasia və koordinasiya yoluyla bu yöndə qarşıdakı həftələrdə hansı irəliləyişlərin olacağını diqqətdə saxlasın.

AzadlıqRadiosunun Azərbaycan xidmətinin sülh sazişini imzalamaq üçün hazırlıq prosesinin nə qədər çəkə biləcəyi ilə bağl sualının cavabında Şarl Mişel deyib ki, bunu öncədən demək çətindir.

Onun sözlərinə görə, ötən ilin dekabrında Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra onun tərəflərlə sıx kontaktları davam edib.

O deyib ki hər iki tərəf üçün çətinliklərin olduğunu anlayır, amma həm də ortada prioritetlərlə bağlı ümumi iradə olduğunu görür.

Brüsseldə Əliyev-Paşinyan danışıqları keçirilir

Brüsseldə Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasın prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş keçirib.

Görüşdə Qarabağ probleminin həlli istiqamətində səylərin gücləndirilməsi müzakirə edilib.

Şarl Mişel üçtərəfi görüş öncəsi Əliyev və Paşinyanla ayrıca da görüşüb. Ümumi gözlənti tərəflər arasında sülh sazişinin hazırlanması üzrə danışıqlara start verilməsi olsa da, Brüssel görüşündən sonra bu istiqamətdə mətbuata heç nə deilməyib.

Şarl Mişel Əliyevlə Paşinyanın şərəfinə nahar da təşkil edib.

AZƏRTAC-ın xəbərinə görə, hələ Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldə görüşdə prezident İlham Əliyev Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan tərəfinin iştirakı ilə bugün, aprelin 6-da keçiriləcək üçtərəfli formatda görüşün nəticəyönümlü olacağına ümidini ifadə edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu çərçivədə Ermənistan və Azərbaycan arasında aparılan dialoqun əhəmiyyətini qeyd edib.

Məlumata görə, söhbət əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional təhlükəsizliyə dair fikir mübadiləsi aparılıb.

Bu görüş ərafəsində Ermənistan rəhbərliyi də bu üçtərfli formatla bağlı müsbət fikirlər dilə gətirmişdi.

Nahar formatında müzakirələr

Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə işçi nahar formatında görüşü olub.

Bundan öncə Ermənistan müxalifəti Yerevanda keçirdyi aksiyada Paşnyanı Azərbaycanla hansısa sənəd imzalamaqdan çəkinməyə çağırmışdı.

Səbəb son həftələrdə Qarabağda vəziyyətin gərginləşməsidir. Azərbaycan ordusu strateji Daşbaşı yüksəkliyinə nəzarəti ələ alıb.

Ermənistanda bunu 44 günlük müharibədən sonra imzalanan üçtərəfli anlaşmanın pozulması kimi qiymətləndirirlər.

Azərbaycan bu iddiaları rədd edir, həmin yüksəklikdən mövqelərinin bundan öncə daimi atəşə tutulduğunu əsas gətirir.

***

Aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan prezident İlham Əliyevin Avropa İttifaqı (AI) Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb.

Bundan bir qədər əvvəl Şarl Mişel Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüşmüşdü.

***

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

Elə aprelin 6-da Aİ Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüş keçiriləcək.

Bu, artıq son vaxtlarda ikinci belə görüşdür. Bundan əvvəl Aİ Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü ötən ilin dekabrında olmuşdu.

Görüşdə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparılacağı gözlənir.

Qarabağ münaqişəsi iki tərəf arasında gərginliyə və daha sonra silahlı toqquşmalara səbəb olub. 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin yarıdan çoxuna nəzarəti bərpa etdiyini açıqlayıb. Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlılarının yerləşdiyi açıqlanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG