Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:48

Nailə Əsgərzadə də sanksiya siyahısına salındı


Britaniyanın xarici işlər naziri Liz Trass indiyədək Rusiyanın 1600-dən çox fiziki və hüquqi şəxsinin üzərinə sanksiyalar qoyulduğunu deyib

Britaniya Rusiyaya qarşı sanksiyalarını genişləndirərək daha 63 Rusiya vətəndaşı və şirkətini “qara siyahıya” salıb.

Yeni sanksiya siyahısında bir neçə tanınmış jurnalist, Rusiya Dövlət Teleradio Komitəsi və KamAZ şirkəti də var.

Eyni zamanda Britaniya şirkətlərinə Rusiyaya idarəetmə konsaltınqi, mühasibat işi və piar kimi sahələrdə xidmətlərin göstərilməsi qadağan edilir.

Bu xidmətlər Britaniyadan Rusiyaya ixracın 20 faizini təşkil edir.

Yeni sanksiyalar sosial şəbəkələrə, internet xidmətlərinə və proqram tətbiqi mağazalarına Rusiyanın dövlət RT telekanalının və Sputnik agentliyinin kontentini bloklamaq göstərişi verilib.

Yeni sanksiya siyahısında “Otkrıtiye” bankının başçısı Mixail Zadornov, Sovkombankın idarə heyətinin sədri Dmitri Qusev, müdafiə nazirinin müavini Nikolay Pankov, Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin, jurnalistlər Yevgeni Poddubnı, Aleksandr Kots, Dmitri Steşin, Nailə Əsgərzadə, Brayan Makdonaldın adları var.

Rosneftin vitse-prezidenti, jurnalist Mixail Leontyevə də sanksiyalar qoyulub.

Britaniyanın xarici işlər naziri Liz Trass indiyədək Rusiyanın 1600-dən çox fiziki və hüquqi şəxsinin üzərinə sanksiyalar qoyulduğunu deyib.

Avstraliyanın “qara siyahısı”

Avstraliyanın da yeni sanksiyalar siyahısında Rusiyanın tanınmış jurnalistləri və şirkətləri var.

Yeni sanksiya siyahısına Rusiya Dövlət Dumasının 75 deputatı, Donbasdakı qondarma DXR-in 20, LXR-in isə 12 “naziri” salınıb.

Rusiya hökumətinin qatı təbliğatçılarından jurnalist Vladimir Solovyova da sanksiyalar qoyulub.

Avstraliya Rusiya üzərinə Ukraynaya qarşı təcavüzə görə qoyulan sanksiya siyahısını ilk dəfə aprelin 14-də genişləndirmişdi.

Bu sanksiyalar Gazprom, Rusiya Dəmir Yolları, KamAZ, Gazpromneft, Transneft və Rostelekom şirkətlərinə tətbiq olunur.

Avstraliya hökuməti bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin, xarici işlər naziri Sergey Lavrovun, müdafiə naziri Sergey Şoyqunun, baş nazir Mixail Mişustinin ölkəyə girişini qadağan edib.

Buna cavab olaraq Rusiya Avstraliyanı “dost olmayan” ölkələr siyahısına daxil edib.

Avstraliya və Yeni Zelandiyanın baş nazirlərinə Rusiyaya giriş qadağan olunub.

XS
SM
MD
LG