Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:28

ABŞ Ukraynaya Rusiya ərazisini vura bilən raketlər verməyəcək


Rusiyanın MLRS sistemli Qrad raketləri
Rusiyanın MLRS sistemli Qrad raketləri

Mayın 30-da daha bir vəzifəli ABŞ rəsmisi bildirib ki, Ukraynaya MLRS verilməsi məsələsi müzakirə olunur, lakin uzaqmənzilli raketlərin verilməsi istisna edilir

Prezident Co Bayden mayın 30-da bəyan edib ki, ABŞ Ukraynaya Rusiya ərazisini vura biləcək raketləri verməyəcək.

Söhbət 300 kilometrədək məsafəni vura bilən raketlərdən gedir.

Bu bəyanat Ukraynada və onun Qərb müttəfiqlərində məyusluq yaradıb.

Ağ Ev son həftələrdə Ukraynanın israrla istədiyi Reaktiv Yaylım Atəşi Raket (ingiliscə MLRS) sistemini Kiyevə verib-verməmək məsələsini götür-qoy edirdi.

Moskva Ukraynaya bu silahların verilməsini “qırmızı xətt” adlandırmışdı.

Lakin The Guardian qəzetinin hərbi ekspertləri Ağ Evin bəyanatını təhlil etməyə çalışıblar.

Qəzet yazır ki, Co Bayden Ukraynaya MLRS sisteminin deyil, uzağa uçan raketlərin verilməyəcəyini nəzərdə tutub.

Ekspertlər bildirirlər ki, Ukraynaya 50-70 kilometri vuran raketlər veriləcək.

Başqa sözlərlə MLRS sistemi həm yaxınmənzilli, həm də uzaqmənzilli raketlərlə işləyir.

Lakin bu raketlərin hamısını birləşdirən ümumi cəhət onların son dərəcə dəqiq vurmasıdır.

Medvedev razı qalıb

Ekspertlər bunu bildirirlər ki, ABŞ prezidentinin bəyanatının dəqiq açımı hələ məlum deyil, amma son həftələrdə Ağ Evin və Pentaqonun brifinqlərindən Vaşinqtonun Ukraynaya MLRS sistemi verməyə meylli olduğu başa düşülürdü. Söhbət sadəcə olaraq bu sistemlərdən istifadə barədə Ukrayna tərəfi ilə aparılan danışıqlardan gedirdi.

Mayın 30-da daha bir vəzifəli ABŞ rəsmisi bildirib ki, Ukraynaya MLRS verilməsi məsələsi müzakirə olunur, lakin uzaqmənzilli raketlərin verilməsi istisna edilir.

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Vaşinqtonun qərarını “rasional” adlandırıb.

Bu günlər Ukrayna qoşunlarının Luqansk vialyətindəki strateji Severedonetsk şəhərini ittirə biləcəyi ehtimal olunur.

Rusiya qoşunları bu şəhəri bir həftədir ki, ağır bombardmana tutub.

Londondakı RUSI institutundan silah eksperti Nik Reynolds deyir ki, hazırda Rusiya və Ukrayna qüvvələri arasında artilleriya qabiliyyətinin bərabərsizliyi Kiyev üçün əsas problemdir.

Ekspertin fikrincə artilleriyada üstünlüyə malik olan Rusiya qüvvələri Ukrayna qüvvələrinin əks-hücum üçün cəmləşməsinə mane olur və Rusiyanın Ukrayna ərazisində irəliləyə bilməsinin əsas səbəbi də budur.

Daha aydın bəyanat gözlənilir

Ötən həftə Ukraynanın Müdafiə Nazirliyi öz mövqelərindən birinin Rusiyanın güclü TOS-1A raketi ilə vurulmasını göstərən videonu açıqlamışdı.

Nazirliyin bəyanatında deyilirdi ki, buna cavab atəşi açmaq üçün Ukraynaya NATO standartlarına uyğun MLRS və həm də çox təcili lazımdır.

MLRS-in tırtıllı M270 və təkərli M142 variantı yüksək dəqiqliyə malikdir. Hazırda Ukraynanın bu kimi silahı yoxdur.

Buna baxmayaraq ABŞ müharibəyə 15 kilometrədək vura bilən sovet topları ilə başlayan Ukraynaya NATO standartlı 90 M777 artilleriya toplarını göndərməyə başlayıb. Sursatın növündən asılı olaraq bu toplar 40 kilometrədək məsafəni vura bilir.

The Guardian yazır ki, digər NATO üzvləri də ABŞ-dan nümunə götürə bilərlər. Ukrayna Britaniyadan M270 raketləri istəyirdi.

Buraketlər 83 kilometrədək məsafəni vurur. Hazırda Britaniyanın cəbbəxanasınadakı 44 ədəd M270 topları təkmiləşdirilib və vurma məsafəsi 150 kilometrə çatdırılıb.

Ötən həftə Britaniyanın baş naziri Boris Conson demişdi ki, Ukraynaya özünü müdafiə edə bilməsi üçün belə silahlar verilməlidir.

Ekspertlər bu həftə ərzində Vaşinqtondan daha aydın bəyanat veriləcəyini gözləyirlər.

XS
SM
MD
LG