Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:53

Türkiyə Odessa limanını minalardan təmziləyəcək?


Odessa limanı
Odessa limanı

Bloomberg saytının mənbələri bildirirlər ki, Ukrayna bu planı qəbul etmir

Türkiyə hökuməti Ukraynanın Odessa limanından çıxışı minalardan təmizləmək istədiyini bildirib.

Bloomberg yazır ki, bundan məqsəd Ukrayna taxılının ixracına yolu açmaqdır.

Bu da xəbər verilir ki, Türkiyə bu məsələdə Rusiyanın ilkin razılığını alıb və indi öz sözünü BMT deməlidir.

Bloomberg saytının mənbələri bildirirlər ki, Ukrayna bu planı qəbul etmir.

Kiyev bildirir ki, Odessa limanının minalardan təmizlənməsi onu Rusiyanın dənizdən hücumu zamanı müdafiəsiz qoya bilər.

Bu da xəbər verilir ki, iyunun 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu plan barədə Ankarada danışıqlar aparacaq.

Ukrayna portlarının blokadadan çıxarılması məsələsi iyunun 6-da Ukrayna və Türkiyə rəsmiləri arasında müzakirə olunub.

Putinin vədi

İyunun 3-də Rusiya prezidenti Vladimir Putin Ukrayna taxılının işğal olunmuş Mariupiol və Berdyansk portları vasitəsilə daşınmasını təklif etmişdi.

Habelə taxılın dəmir yolu vasitəsilə Rumıniya, Polşa və Belarusdan çıxarılması təklif edilmişdi.

Putin bildirmişdi ki, əgər Kiyev farvaterləri minalardan təmizləyərsə, o taxıl yüklü Ukrayna gəmilərinin limanlardan çıxmasına imkan verər.

Putinin sözlərinə görə Moskva bu vəziyyətdən hərbi hücumlar üçün istifadə etməyəcəyinə söz verir.

Rusiya və Ukrayna dünyada istehlak olunan taxılın beşdə birini təchiz edir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə dünyada ərzağın qiyməti artmağa başlayıb.

Ekspertlər bildirirlər ki, yanacaq və ərzağın bahalaşması qalan məhsulları da bahalaşdırır.

BMT-nin baş katibi Antonio Quterriş bildirib ki, 43 ölkənin 49 milyonluq əhalisi aclıq təhlükəsi ilə üzləşib.

BMT Rusiyadan taxılın onun limanları vasitəsilə çıxarılmasına icazə verilməsini xahiş etmişdi.

Bu məsələ habelə Fransa prezidenti Emmanuel Makronun, Almaniya kansleri Olaf Şoltsun və Türkiyə lideri Recep Tayyip Erdoğanın Putinlə telefon danışıqlarında müzakirə olunub.

XS
SM
MD
LG