Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:37

İranla nüvə danışıqlarına nikbin yanaşırlar


İranın danışıqlarda təmsilçisi Əli Bağeri Kani
İranın danışıqlarda təmsilçisi Əli Bağeri Kani

Avqustun 4-də İran, ABŞ və Aİ-nin təmsilçiləri dörd aylıq fasilədən sonra nüvə sazişi danışıqlarını bərpa ediblər

İranla 2015-ci il nüvə sazişini canlandırmağı hədəfləyən danışıqlarda əsas təmsilçilər razılaşma əldə olunmasının mümkünlüyünə nikbin yanaşırlar.

Avropa İttifaqının (Aİ) baş təmsilçisi Enrik Mora həftəsonu deyib ki, indiyədək danışıqlardakı proqresə “tamamilə” nikbin yanaşır.

“İrəliləyirik və danışıqları tezliklə sona çatdıracağımızı gözləyirəm”, – Mora avqustun 7-də İran mediasına deyib.

Həll olunası “3, ya 4 məsələ” var

Rusiyanın səfiri Mixail Ulyanov isə avqustun 7-də deyib ki, həll olunası “3, ya 4 məsələ” var.

“Finiş xəttinə 5 dəqiqə, yaxud 5 saniyə qalır”, – Ulyanov danışıqlar keçirilən Palais Coburg otelinin qarşısında jurnalistlərə deyib.

Onun sözlərinə görə, uğurlu nəticə “tezliklə” əldə oluna bilər, “ancaq heç bir zəmanət yoxdur, həmişəki kimi, hər şey razılaşdırılana qədər heç nə razılaşdırılmayıb”.

“Özəlliklə iranlılar və amerikalılar üçün həssas məsələlərdir. Zəmanət verə bilmərəm, ancaq düzgün istiqamətdə getməyimiz təəssüratı var”, – Ulyanov vurğulayıb.

Avqustun 4-də İran, ABŞ və Aİ-nin təmsilçiləri dörd aylıq fasilədən sonra nüvə sazişi danışıqlarını bərpa ediblər.

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə nüvə sazişindən birtərəfli çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da saziş çərçivəsində öhdəliklərinin icrasını məhdudlaşdırmağa, uraz zənginləşdirməni genişləndirməyə başlayıb.

Gözləntilər

İranın 2015-ci ildə ABŞ, Fransa, Almaniya, Britaniya, Rusiya və Çinlə imzaladığı saziş Tehranın uran zənginləşdirməni məhdudlaşdırması qarşılığında iqtisadi sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan avqustun 7-də BMT-nin Baş katibi Antonio Quterreşlə telefon söhbətində deyib ki, ölkəsi “güclü və davamlı razılaşma əldə olunmasına ciddi yanaşır”. Onun sözlərinə görə, nəticə Birləşmiş Ştatların belə bir razılaşmanı istəməsindən asılı olacaq.

ABŞ-ın İran üzrə Xüsusi elçisi Rob Malley ötən həftə deyirdi ki, ölkəsi Vyana danışıqlarından gözləntilərini “cilovlayır”, ancaq razılaşmanın əldə olunması üçün səy göstərməyə hazırdır.

Britaniya, Fransa və Almaniya isə İranı nüvə sazişinin dirçəldilməsini hədəfləyən danışıqlarda “qeyri-real tələblər irəli sürməməyə” çağırıb.

XS
SM
MD
LG