Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:46

Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi


Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Ermənistanı Azərbaycana qarşı “yeni təxribatlardan” çəkinməyə çağırıb.

O bu bəyanatı səfirlərin Türkiyə paytaxtı Ankarada keçirilən 13-cü konfransında verib:

“Qarabağda müharibə başa çatdıqdan sonra Türkiyə regionda sülhün bərqərar olunması üçün səylər göstərir. Hazırda biz Azərbaycanın işğal oluinmuş ərazilərindən, məcburi köçkünlərdən, hər an təkrar başlaya biləcək münaqişənin qaçqınlarından deyil, regional sülh və əməkdaşlqıdan danışırıq. Biz bir daha Ermənistanı Qarabağda Azərbaycana qarşı yeni təxribatlarda iştirakdan çəkinməyə çağırırıq”.

Türkiyənin Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinə dəstək verdiyini deyən Çavuşoğlu bildirib ki, Ankara daim haqlının və ədalətin yanındadır.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə, Qarabağda ermənilərin yaşadığı ərazilərə Rusiya hərbçiləri yerləşdirilib.

Türkiyə bu müharibədə Azərbaycanı dəstəkləyib. Ankara 1990-cı illərin əvvəllərində Ermənistanla sərhədlərini də məhz Qarabağ münaqişəsinə görə bağlayıb.

2020-ci il əməliyyatları bitəndən sonra atəşkəsə nəzarət məqsədilə Ağdam rayonunda Rusiya Türkiyə Birgə Monitorinq Mərkəzi qurulub.

XS
SM
MD
LG