Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

İran Rusiyaya raketlər göndərməyə hazırlaşır - Qərb mediası


İranın ballistik raketləri (Arxiv fotosu)
İranın ballistik raketləri (Arxiv fotosu)

Bu da xəbər verilir ki, İranın sözü gedən raketləri Rusiyanın İskander-M raketlərinə bənzəyir

İran Rusiyaya 1000 vahid silah göndərməyə hazırlaşır.

Bu barədə məlumatı Qərb dövlətlərindən birinin rəsmilərinə istinadla CNN telekanalı verib.

Onların məlumatına görə Tehran Moskvaya yaxınmənzilli “yer-yer” tipli ballistik raketlər və əlavə olaraq zərbə dronları verəcək.

İranlı ana: "Oğluma tələsik ölüm hökmü kəsdilər"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

İranın Rusiyaya göndərdiyi iddia olunan son partiyaya 450 PUA daxil idi.

Rusiya bu dronlardan Ukraynanın enerji və mülki infrastrukturuna ağır zərbələr vurmaq üçün istifadə edib.

CNN xatırladır ki, bu hücumlar zamanı mülki əhali arasında da itkilər olub.

CNN-nin mənbələri bildirirlər ki, silahların yeni partiyası Rusiyaya bu ilin sonlarına qədər göndərilməlidir.

İskander-M-ə bənzər raketlər

Kiyev hesab edir ki, Rusiya böyük bir ehtimalla sözü gedən raketləri Ukraynanın şimal sərhədində yerləşdirəcək.

“Ukrainskaya pravda” qəzeti Ukrayna Müdafiə Nazirliyinə istinadla yazır ki, bu raketlərə qarşı effektiv müdafiə yoxdur.

Bu da qeyd olunur ki, İran raketləri Rusiyanın İskander-M raketlərinə bənzəyir.

Ukrayna Müdafiə Nazirliyi iddia edir ki, Rusiyanın bu tip raketləri tükənməkdədir.

'Kənddə qəbir qazmağa gənc qalmayıb'
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Kiyev Moskvanı İran dronları ilə mülki onbyektlərə zərbə endirməkdə ittiham edir.

Ukrayna tərəfi bildirir ki, indiyədək İran istehsalı olan 300-dən çox PUA vura bilib.

Rusiya İran silahlarından istifadə etdiyi barədə məlumatları təkzib edir, Tehransa Moskvaya silah verdiyini israrla danır.

XS
SM
MD
LG