Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:31

Saratovda vurulan Ukrayna dronunun üç hərbçinin ölümünə səbəb olduğu deyilir


Engels aerodromu 5 dekabr hücumundan sonra
Engels aerodromu 5 dekabr hücumundan sonra

Rusiyanın Müdafiə Nazirliyi dekabrın 26-na keçən gecə Saratov vilayətində vurulan Ukrayna dronunun hərbi baza üzərinə düşməsi nəticəsində üç hərbçinin öldüyünü təsdiqləyib. Engels hərbi bazasına yaxınlaşan dronun aşağı yüksəklikdən vurulduğu bildirilir.

“Dronun qalıqlarının düşməsi nəticəsində aerodromda olan, texniki heyətdən üç rusiyalı hərbçi ölümcül yaralanıb”, – məlumatda vurğulanır.

Partlayış, yanğın

Rusiya mediası daha öncə Rusiya Hava və Kosmik Qüvvələrinə məxsus aerodromda partlayışlar olduğunu xəbər verirdi. Bu ay Moskva ikinci dəfədir Kiyevi dron hücumunda ittiham edir.

Baza Telegram kanalı yerli sakinlərə istinadla şəhərdə hava həyəcanı və partlayışlar eşidildiyini yazıb.

Rusiya sosial mediasında yayılan fotolarda bazada yanğın baş verdiyi, CCTV kamerasının qeydə aldığı video görüntüdə güclü partlayış görünür.

Saratov vilayətinin qubernatoru Roman Busarqin Telegram kanalında yazıb ki, insidentlə bağlı məlumatı hüquq-mühafizə agentlikləri araşdırır. Busarqin mülki infrastruktura ziyan dəymədiyini qeyd edib.

Bir ayda ikinci dron hücumu

Rusiya dekabrın 5-də Ukraynadakı döyüş zonasından bir neçə yüz kilometrlikdə yerləşən bazanın hücuma məruz qaldığını açıqlayıb.

Engels aerodromu Ukraynanın şərqində Kiyevin nəzarətində olan ərazidən 700 km məsafədə yerləşir. Artıq 10 aydır Rusiyanın Ukraynaya qarşı səbəbsiz işğalı davam edir, ölkənin şərqində ağır döyüşlər gedir.

Bu bazada Ukraynaya hücumda istifadə olunan Tu-160, Tu-95MS strateji bombardmançıları və digər təyyarələri yerləşir.

Peyk təsvirləri dekabrın 5-dəki hücumunda sonra Tu-95 təyyarəsinin zədələndiyini göstərib. Elə həmin gün Moskvadan cənub-şərqdə yerləşən Ryazan yaxınlığında, Diagilev aerodromuna da dron zərbəsi endirildiyi bildirilib.

XS
SM
MD
LG