Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:22

Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası mümkündürmü?


Xankəndidə etiraz aksiyası (Arxiv fotosu)
Xankəndidə etiraz aksiyası (Arxiv fotosu)

Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri ya Azərbaycanın qanunları ilə yaşamalıdırlar, ya da özlərinə başqa yaşayış yeri tapmalıdırlar.

Ermənistan rəsmiləri və Qarabağdakı erməni separatçılarsa bunu etnik təmizləməyə çağırış kimi qəbul edirlər.

"Qarabağ erməniləri heç bir halda inteqrasiya ideyasını qəbul etmirlər və hesab edirlər ki, Azərbaycan öz əməllərinə görə məhkəmə qarşısında cavab verəcək".

Bunu AzadlıqRadiosuna müsahibəsində Xankəndində yaşayan erməni hüquq müdafiəçisi Karen Ohancanyan deyir.

Onun sözlərinə görə, Qarabağda yaşayan insanlarda Azərbaycanla inteqrasiya istəyi heç aprelin 23-də Azərbaycanın Laçın yolunda nəzarət-buraxılışı məntəqəsi quraşdırmasından sonra da yaranmayıb:

"Laçın dəhlizində nəzarət buraxılış məntəqəsinin quraşdırılması Qarabağ ermənilərinin səbr kasasını daşdırıb. Azərbaycanın silahlı qüvvələri bizdən yüz dəfələrlə güclü olsa da, biz öz müstəqilliyimizi var gücümüzlə qorumağa hazırıq və əvvəl-axır Azərbaycanın bizdən aldıqlarını geri qaytaracağıq. İlham Əliyev deyir ki, vətəndaşlığı qəbul etməyənlər Qarabağı tərk etsin. Bu, beynəlxalq hüququn kobud surətdə pozulmasıdır. İlham Əliyev buna görə beynəlxalq hüquq qarşısında cavab verəcək".

Azərbaycan tərəfi deyir ki, Laçın yoluna nəzarət vacibdir, çünki bu yolla Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınır. Ermənistan bu ittihamı qəbul etmir.

Ümumilikdə isə Azərbaycan tərəfi Qarabağ ermənilərinə vətəndaşlıq təklif edir.

Erməni icması ilə indiyə qədər bu məsələnin müzakirə olunması barədə rəsmi açıqlama olmayıb.

Azər Qasımlı
Gözlə
Embed

No media source currently available

0:00 0:00:28 0:00

İki zidd baxış

Bakıda Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı deyir ki, Laçında postun qoyulması inteqrasiyani çətinləşdirəcək, çünki erməni əhali Azərbaycanla münasibət qurulmasına qarşı daha çox çıxmağa başlayacaq.

O hesab edir ki, onsuz da postu qoymaqla Azərbaycan bölgəyə tam nəzarət edə bilməyəcək, çünki sülhməramlıları yoxlamayacaq. Bununla belə, postun qoyulması ermənilərin narazılığını artıracaq:

"Bu buraxılış məntəqəsindən də əvvəl onlar etiraz aksiyaları keçirirdilər. O zaman da ermənilər bütün dünyaya bəyan etmişdilər ki, Azərbaycan Qarabağı blokadaya alıb. İndi eyni siyasəti davam etdirəcəklər. Burda əsas oyunçu Rusiyadır. İndi hər kəs özü-özünə sual versin. Rusiya Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəyirmi".

Prezidentin sərəncamı ilə yaradılmış Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev isə o fikirlə razılaşmır ki, Laçında postun qurulması Qarabağ ermənilərinin inteqrasiyasını zəiflədəcək:

"Mən onların az aqressiv olduqlarını görməmişəm. Bu tezis nonsensdir. Onların qeyri-rəsmi liderləri elə ilk gündən - 1988-ci ildən bu yana yalnız müstəqillik tələb edirlər. Krımda da ruslar Ukraynanın suverenliyi altında yaşamaq istəmirlər. Bu, Azərbaycanın ərazisidir. Azərbaycanda yaşamaq istəyən Azərbaycanın vətəndaşlığını qəbul etməlidir".

Azər Qasımlı
Gözlə
Embed

No media source currently available

0:00 0:00:59 0:00

“Əvvəlcə sülh müqaviləsi olmalıdır”

Azər Qasımlı isə hesab edir ki, ermənilərin Azərbaycana inteqrasiyasına nail olmaq üçün Rusiyanın bölgədəki rolu azaldılmalıdır. Çünki Rusiya bölgədə sülhün olmasını istəmir.

O deyir ki, Azərbaycan hökuməti inteqrasiyanı təmin etmək üçün əvvəlcə Ermənistanla sülh müqaviləsi bağlamalı və daha iki mühüm məsələni həll etməlidir:

"Azərbaycan bütün dünyaya və Qarabağ ermənilərinə inteqrasiya planı təqdim etməlidir. İndi İlham Əliyev deyir ki, Azərbaycan vətəndaşlarına verilən hüquq ermənilərə də veriləcək, amma bu, sözdür, plan deyil. Hamı bilir ki, Azərbaycanda hüquqlar qorunmur. Onlara proqram təqdim etmək lazımdır. Üçüncü atılmalı addım isə sülhməramlıların bölgədən çıxarılması ilə bağlı Rusiya ilə danışıqlara başlanmasıdır".

44 günlük müharibədən sonra imzalanmış üçtərəfli bəyanata əsasən bölgəyə Rusiya sülhməramlıları gəlib, onlar erməni əhalinin təhlükəsizliyinə təminat verir.

XS
SM
MD
LG