Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

Rusiya və Azərbaycan gömrüklərində nə dəyişir?


'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər

Rusiya mediasında çıxan xəbərlərə görə, bu ölkə Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaratmaq istəyir. Hər halda, Rusiya Federal Gömrük Xidməti nümayəndəsinin açıqlamasında belə bir niyyət əksini tapıb. Açıqlamada deyilir ki, sadələşdirilmiş gömrük dəhlizi müqavilə bağlamış iki ölkə arasında malların bəyanı və buraxılması zamanı inzibati yükün azaldılmasını və gömrük nəzarəti tədbirlərinin tətbiq tezliyini nəzərdə tutur. Tərəflər gömrük nəzarəti sonuclarını da qarşılıqlı şəkildə tanıyacaq. Rusiya gömrük qurumunun fikrincə, ölkələr arasında yüklərin sadələşdirilmiş şəkildə daşınması inzibati aparatın yükünü azaldacaq və daşıma prosesini asanlaşdıracaq. Başqa deyimlə, anlaşmanın detalları tam açıqlanmasa da, ilkin açıqlamalardan bəlli olur ki, sadələşdirilmiş gömrük dəhlizi ideyası gömrük tarifləri ilə bağlı dəyişiklikləri nəzərdə tutmur. Yeni dəyişikliklər daha çox gömrükdə malların yoxlanılma və rəsmiləşdirilməsini sürətləndirə bilər.

Azərbaycan və Rusiya arasında sərbəst ticarət sazişi 30 il öncə imzalanıb. Rusiya Azərbaycanın sərbəst ticarət sazişi bağladığı 10 ölkədən biridir. Rusiya ilə yanaşı, Moldova, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Belarus da Azərbaycanın sərbəst ticarətə dair anlaşdığı və saziş imzaladığı ölkələrdir. "Sərbəst ticarət haqqında" ikitərəfli sazişə əsasən, bir ölkənin gömrük ərazisindən digər ölkənin gömrük ərazisinə birbaşa idxal edilən mallara idxal gömrük rüsumu tətbiq edilmir.

İdxalda Rusiyanın payı daha çoxdur

Dövlət Statistika Komitəsinin (DSK) bilgilərinə görə, Rusiya Azərbaycanın ən böyük ticarət dövriyyəsinə malik olan üçüncü ölkədir. Özəlliklə idxalda Rusiyanın payı daha çoxdur. Başqa sözlə, Azərbaycanla Rusiya arasındakı ticarətdən qazanclı tərəf daha çox Rusiyadır. Axı Rusiyanın Azərbaycana satdığı məhsulların dəyəri Azərbaycanın Rusiyaya satdığı məhsulların dəyərini təxminən üç dəfə üstələyir. Bu ilin ilk 9 ayında Azərbaycan Rusiyadan 2 milyard 270 milyon dollarlıq idxal gerçəkləşdirib. Bu, Azərbaycanın toplam idxalının 18 faizi deməkdir. İlk 9 ayın nəticələrinə görə, Rusiya Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkədir.

Eyni dövr ərzində Azərbaycanın Rusiyaya ixracı 864 milyon dollar olub. Toplam idxalda Rusiya Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi beşinci ölkədir. Di gəl, sırf qeyri-neft sektoru məhsulları üzrə Rusiya Azərbaycanın əsas ticarət partnyorudur. Bu il ərzində Azərbaycan toplam 2.4 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib. Bunun 787 milyon dolları (32 faizi) məhz Rusiyanın payına düşür.

Rusiya ilə sərhəddə durum necədir?

Dövlət Gömrük Komitəsi hər ay mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxta dair göstəriciləri açıqlayır. Həmin göstəricilərə görə, Xaçmaz Gömrük İdarəsinə gətirilən mal və nəqliyyat vasitələrinin 83 faizinin rəsmiləşdirilməsinə üç gündən az zaman gərəkib.

Cədvəl: Gömrük idarələri üzrə mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə sərf edilən vaxt

Gömrük İdarəsi

Üç günədək

3-5 gün

6-15 gün

15 gündən çox

Balakən Gömrük İdarəsi

87%

7%

4%

1%

Tovuz Gömrük İdarəsi

86%

7%

5%

2%

Xaçmaz Gömrük İdarəsi

83%

6%

8%

3%

Naxçıvan Baş Gömrük İdarəsi

79%

7%

6%

8%

Sumqayıt Gömrük idarəsi

76%

10%

13%

1%

Gəncə Gömrük İdarəsi

76%

11%

8%

5%

Astara Gömrük İdarəsi

73%

14%

9%

4%

Bakı Baş Gömrük İdarəsi

64%

11%

12%

13%

Biləsuvar Gömrük İdarəsi

53%

7%

15%

25%

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi

25%

16%

39%

20%

Şərqi Zəngəzur Gömrük İdarəsi

13%

2%

12%

73%

Açıqlanan rəsmi göstəricilərdən bəlli olur ki, hazırda Xaçmaz Gömrük İdarəsi ölkədə mal və nəqliyyat vasitələrinin rəsmiləşdirilmə müddəti baxımından ən yaxşı nəticəyə malik üç gömrük idarəsindən biridir.

Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması Rusiya və Azərbaycan sərhədində məhsulların rəsmiləşdirmə sürətini bir qədər də artıra bilir. Rəsmi rəqəmlərdən aydın olur ki, hazırda ölkədə gömrük idarələri arasında 15 gündən çox çəkən gömrük rəsmiləşdirmələrinin payca ən çox olduğu gömrük idarələri Şərqi Zəngəzur (73 faiz), Biləsuvar (25 faiz) və Hava Nəqliyyatında Baş Gömrük İdarəsidir (20 faiz).

XS
SM
MD
LG