Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:44

Qaddafinin nümayəndəsi Türkiyə və Yunansıtanla danışıqlara başlayıb


Liviya müxalifətinin silahlı qüvvələri, 4 aprel 2011
Liviya müxalifətinin silahlı qüvvələri, 4 aprel 2011

Aprelin 4-də Yunanıstan bəyan edib ki, Liviya lideri Muammar Qaddafi onun hökuməti ilə döyüşən müxalifətlə münaqişədən çıxmağa çalışır.

Qaddafinin xüsusi nümayəndəsi Abdelati al-Obeidi bazar günü bu məsələni Yunanıstanın Baş naziri ilə müzakirə edib. Görüşdən sonra Yunanıstanın Xarici İşlər naziri Dimitris Droutsas bildirib ki, onlar Liviyadan gələn təklifləri müttəfiqlərlə də müzakirə edəcəklər.

Qaddafinin nümayəndəsi danışıqlar üçün aprelin 4-də Türkiyəyə də səfər edib.
İtaliya isə müxalifətin Benghazi şəhərində qurduğu Milli Şuranı tanıyıb.

Liviya barədə başqa bir məlumata görə NATO-nun istəyi ilə ABŞ Qaddafi
Həmçinin oxuyun:
qüvvələrinə qarşı hərbi əməliyyatlarda daha bir gün iştirak edəcək. Vaşinqton bundan əvvəl aprelin 4-dən əməliyyatlardan çıxacağını bəyan etmişdi.

BMT Təhülkəsizlik Şlurasının qərarı ilə martın 19-dan Liviyada dinc sakinləri Qaddafiyə tabe olan hərbi qüvvələrin hücumlarından qorunması üçün beynəlxalq koalisiya qüvvələri Liviyada hərbi əməliyyatlar aparırlar.
XS
SM
MD
LG