Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:14

ATƏT-in Bakı Ofisi 2 Aprel aksiyasına münasibət bildirdi


Bilge Cankorel
Bilge Cankorel
«Ümumi sayı 1000 nəfəri ötməyən bir toplantı zamanı 174 nəfərin saxlanması həddən artıq böyük rəqəmdir».

Bu fikirləri 2 Aprel aksiyası zamanı saxlananlar barədə AzadlıqRadiosunun suallarına cavabında ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel deyib.

Səfir bildirib ki, ATƏT-in Bakı Ofisi insanların azad toplaşma və ifadə azadlığı kimi hüquqlarından istifadə etməsinə böyük önəm verir.

Səfir deyib ki, o, icra orqanlarına daxil olan müxtəlif müraciətlərin tərəfləri qane edə biləcək şəkildə cavablandırılmasını daha məqsədəuyğun sayır:

«Aprelin 2-də keçirilən nümayiş zamanı polisin bəzi hallarda həddən artıq güc istifadə etməsi müşahidə edilib. Həmin nümayiş zamanı və nümayişdən öncəki günlərdə 174 nəfərin saxlandığı və daha sonra 70 nəfərə qarşı inzibati cəza tətbiq edildiyi bildirilib. 5 nəfərə qarşı isə cinayət işi açılıb. Polis media nümayəndələrinin də fəaliyyətini məhdudlaşdırıb».

«Digər tərəfdən, bir qrup gəncin siyasi partiya rəhbərinin evi qarşısında icazəsiz etiraz aksiyası təşkil etdiyi zaman polis müdaxiləsi qeydə alınmayıb. ATƏT-in Bakı Ofisi nümayişlərə fərqli yanaşmanı məqbul saymır», - deyə səfir B. Cankorel bildirib.
XS
SM
MD
LG