Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:44

Dövlət Departamenti: “Mülkiyyət hüquqlarına hörmət qoyulmur”


Hillary Clinton Insan Haqları Hesabatını təqdim edir
Hillary Clinton Insan Haqları Hesabatını təqdim edir

Amerikanın Dövlət Departamentinin insan haqları hesabatında iqtisadi sahələr haqda nə deyilir?

MÜLKİYYƏT HÜQUQLARI

Hesabatda QHT-lərə istinadla deyilir ki, "Azərbaycanda mülkiyyət hüquqları ilə bağlı qanunlara hörmət qoyulmur.
Mülkiyyət haqlarının pozulmasından şikayətlər bu il də artıb."

"QHT-lərin məlumatına görə, evləri sökülən sakinlər məhkəmələrə inanmadıqlarına görə, nadir hallarda məhkəmə yolu ilə kompensasiya iddiaları qaldırırlar."

İnsanları köçürtmək üçün təzyiqlərə gəlincə, "Bakıda Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin sakinlərini köçməyə vadar etmək üçün onların suyu, qazı, işığı kəsilmişdi."


RƏSMİ KORRUPSİYA VƏ HÖKUMƏTİN ŞƏFFAFLIĞI

"Hökumətin ən yüksək səviyyələrində, nazirliklərdə, mülki xidmət sahələrində korrupsiya geniş yayılıb.

Dünya Bankının idarəetmə indikatorlarına görə,
korrupsiya kəskin həddədir.
Transparency İnternational Təşkilatı keçən il müəyyən tərəqqi olması haqda hesabat verib. Ancaq Beynəlxalq Böhran Qrupunun hesabatına görə, elitanın korrupsiyası ictimai həyatın bütün sahələri üzərində hökmrandır.

Hüquq-mühafizə orqanlarının korrupsiyası problemdir. Polis yolda qeyri-rəsmi cərimələr edir.
Hüquq-mühafizə orqanlarında aşaşı maaşlar polisdəki korrupsiyaya şərait yaradır.

Şəffaflığı və korrupsiya ilə mübarizəni gücləndirmək üçün 2007-ci ildə qəbul olunmuş milli proqram indiyə kimi həyata keçirilməyib.

Bu proqramın əsas müddəalarından biri hər bir rəsminin öz illik gəlirini, mülkiyyətini, gəlir mənbələrini bəyan etməsini tələb edir.

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulub.
Ölkənin təbii sərvətlərindən cəmiyyətin bütün üzvlərinin faydalana bilməsi üçün bu təşəbbüs təbii ehtiyatların idarə olunmasında 12 prinsipə əməl olunmasını tələb edir.

2009-cu ilin fevralından Azərbaycan Təşəbbüsün bütün şərtlərinə əməl edir.
Ancaq Azərbaycanda işləyən 26 şirkətdən yalnız bəziləri öz gəlirlərini açıqlamağa razı olublar. "

İŞÇİ HAQLARI

"Azərbaycanda işçilərin öz birliklərini, həmkarlar ittifaqlarını yaratmaq hüququ var, ancaq praktikada bu haqlara bəzi məhdudiyyətlər var.

Hərbçilərə, polisə həmkarlar ittifaqlarında birləşmək qadağandır.

Qanunla həmkarlar ittifaqları hökumətdən asılı deyillər, ancaq reallıqda onlar müstəqil deyillər.
İşçi birliklərinin böyük əksəriyyəti hökumətlə sıx bağlıdır.

Qanunla işçilər tətil edə bilərlər.
Tətil qadağan olunanlar - yüksək vəzifəli icra hakimiyyəti işçiləri, hüquq-mühafizə orqanlarında, məhkəmələrdə, səhiyyədə, dəmiryolunda, su təchizatında, telefon xidmətində və s. çalışanlardır.

Tətil vaxtı ictimai nəqliyyatın işi pozulsa, buna görə 3 il həbs cəzası almaq olar.

Yerli və xarici QHT-lər bildirirlər ki, işçilərin çoxusu öz hüquqlarından xəbərsizdirlər və öz haqlarını tələb etməkdən qorxurlar. Bu, xüsusilə ictimai sektorda işləyənlərə aiddir.

Əmək qanunları bütün işçilərə aid olsa da, hökumət transmilli şirkətlərlə müqavilə bağlayıb, onları milli qanunlara riayət etməkdən azad edə bilər.

Məsələn, hökumətlə transmilli enerji şirkətləri arasında pay bölgüsü müqavilələri işçilərə həmkarlar ittifaqında birləşmək imkanı vermir.

Düzdür, BP-də işləyənlər birlikdə birləşiblər, ancaq o biri şirkətlərdə, xüsusilə Çin şirkətlərində vəziyyət pisdir."
XS
SM
MD
LG