Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:14

Oskanyan: «İrəliyə getmək üçün hələ də imkanlar qalır»


Ermənistanın Xarici İşlər naziri ümidsiz olmadığını deyir
Ermənistanın Xarici İşlər naziri ümidsiz olmadığını deyir

«Cenevrədə çətin və mürəkkəb danışıqlar olub»-bu barədə «Azadlıq» radiosunun erməni xidmətinə müsahibəsində Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan bildirib. Onun sözlərinə görə, nazirlərin apardığı danışıqlar daha rahat keçməliydi. Oskanyan deyib: «Biz irəliyə getdikcə prosesin yeni qatlarını açırıq. Buna görə də, yeni çətinliklərlə üzləşirik». Lakin Oskanyan qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün hələ də imkanlar var və bu imkanları müzakirə etmək üçün nazirlər aprel ayında görüşəcək. Növbəti görüşün yeri hələlik məlum deyil.


Vardan Oskanyan deyib ki, «ortada ciddi sənəd və bu sənəddə münaqişənin nizamlanması üçün imkanlar var». Bununla yanaşı nazir tərəflər arasında «dərin fikir ayrılıqların» olduğunu da təsdiqləyib. «Bu olmasaydı danışıqlarda inkişafın olduğunu deyərdim» deyə o, vurğulayıb.


Ermənistanın Xarici İşlər naziri danışıqlar prosesi ilə bağlı ümidsiz olmadığını da deyib: «Biz inanırıq ki, danışıqlar üçün yaxşı bünövrə var və irəliyə getmək üçün hələ də imkanlar qalır».


Oskanyanın sözlərinə görə, Azərbaycan və Ermənistan arasında olan fikir ayrılıqları münaqişənin həlli üçün əsas prinsiplər barədə deyil. Fikir ayrılıqları əsasən prosesin ikinci qatının detalları barədədir.


Oskanyan deyib ki, Ermənistan danışıqlar masasının üstündə olan sənədin prinsiplərinə sadiqdir. İkinci dərəcəli məsələlərin qalmasına baxmayaraq, sənəddə öz əksini tapmış prinsiplər yekun sülhə aparacaq düzgün mübadilə üçün fundamental məsələlərə toxunur.


XS
SM
MD
LG