Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:01

Jurnalistlərin həbsi barədə şikayət təmin edilmədi


Rauf Arifoğlu, «Yeni Müsavat» qəzetinin baş redaktoru
Rauf Arifoğlu, «Yeni Müsavat» qəzetinin baş redaktoru

«Müasir Müsavat» qəzetinin təsisçisi Hafiz Hacıyevin «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı xüsusi ittiham qaydasında şikayəti təmin edilməyib.


İyunun 6-da Yasamal Rayon Məhkəməsində hakim Fəxrəddin Ağamirzəyevin sədrliyi ilə keçən prosesdə şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi haqqında qərar qəbul edilib. Bu barədə Media Hüququ İnstitutu məlumat yayıb. Jurnalistlərin vəkili Rəşid Hacılı şikayətlə bağlı vəsatətində sözügedən məqalələrdə cinayət tərkibinin, həmçinin böhtan və təhqirin obyektiv və subyektiv cəhətlərinin mövcud olmadığını bildirib.


Hafiz Hacıyev «Azadlıq» qəzetində dərc olunmuş «Xüsusi xidmətin mediatəxribatı. Bu ölkədə tərbiyəsizliyi siyasi mübarizə adlandıranlar hələ də rəsmi yüksək tribunaları zibilləyirlər» və «Yeni Müsavat» qəzetində dərc olunmuş «Rauf Arifoğluna qarşı təxribat» başlıqlı yazılarda şərəf və ləyaqətinin tapdandığını iddia edirdi. O, məhkəmədən Qənimət Zahid və Rauf Arifoğlunun Cinayət Məcəlləsinin 147 (böhtan) və148-ci (təhqir) maddələri ilə həbs olunmasını istəyirdi.


XS
SM
MD
LG