Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:58

Fərhad Əliyevin vəkillərinin vəsatətləri bu dəfə də təmin edilmədi


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayev keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin vəkillərinin vəsatətinə növbəti dəfə baxış keçirməyib. Vəkil Ramiz Məmmədov deyir ki, iyunun 22-si də daxil olmaqla artıq onlar 3-cü dəfədir ki, vəsatət verərək Əmlak Komitəsində çeklərlə bağlı aparılan qeydiyyat sənədlərinin və hesabatın məhkəməyə təqdim edilməsini istəyirlər. Çünki məhkəməyə gətirilən bir çox zərərçəkənlər çek almadıqlarını bildirsələr də, bu onlarda olan sənədlərlə uyğun gəlmir. Ramiz Məmmədov deyir ki, araşdırmanın Əmlak Komitəsində olan həmin hesabat əsasında aparılması daha düzgün olardı.


İyunun 22-də davam edən iclasda zərərçəkənlərin ifadəsi dinlənib və proses gələn həftənin birinci gününə qədər təxirə salınıb.
Fərhad Əliyev, onun qardaşı və digər 17 nəfər küllü miqdarda mənimsəmə, qanunsuz özəlləşmə, qaçaqmalçılıqda və başqa iqtisadi cinayətlərdə ittiham edilirlər.


XS
SM
MD
LG