Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:48

Fərhad Əliyevin məhkəməsi zərərçəkənlərin ifadələriylə davam edir


İyunun 27-də sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin, onun qardaşı «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyevin və daha 17 nəfərin məhkəməsi zərərçəkənlərin ifadələriylə davam edib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Tovuz, Bərdə, Tərtər, Şəki və Şəmkirdən gələn 50-dən çox zərərçəkən 2004-cü ildə prezident fərmanı ilə veteran və əlillər üçün paylanması nəzərdə tutulmuş özəlləşdirmə paylarının mənimsənilməsi epizodu üzrə dindirilib. Onlardan yalnız biri özəlləşdirmə payı üçün müraciət etdiyi bankda ona çek əvəzinə pul təklif olunduğunu bildirib, digər zərərçəkənlər isə ikinci özəlləşdirmə çeklərinin paylanmasından xəbərsiz olduqlarını söyləyiblər.


Fərhad Əliyevin vəkili Elton Quliyev isə məhkəmədən 2004-cü ildə çek alarkən qeydiyyata götürülmüş kitabçalar üzrə sorğunun İqtisadi İnkişaf Nazirliyinə və Nazirlər Kabinetinə göndərilməsini xahiş edib.


Proses iyunun 28-də davam edəcək.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onun qardaşı, «Azpetrol» şirkətlər qrupunun keçmiş rəhbəri Rafiq Əliyev 2005-ci ilin oktyabrında həbs olunub. Onlar korrupsiya, vəzifə saxtakarlığı və rüşvət almada təqsirləndirilirlər.


XS
SM
MD
LG