Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:05

Böhtanla bağlı qəzetlərə 700 min manata yaxın cərimə kəsilib


Yarım ildə mətbuata qarşı 60-dan çox məhkəmə davası açılıb
Yarım ildə mətbuata qarşı 60-dan çox məhkəmə davası açılıb

Diffamasiya ilə bağlı məhkəmə qətnamələrilə qəzetlərin üzərinə qoyulan cərimələrin məbləği 700 min manat civarındadır. Bu məbləğin yarıdan çoxu ən tirajlı qəzetlərin – «Azadlıq» və «Yeni Müsavat»ın payına düşür. Bunu Media Hüququ İnstitutu iyulun 20-də yaydığı hesabatında açıqlayıb. Məlum olub ki, yarım ildə mətbuata və jurnalistlərə qarşı şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi ilə bağlı 60-dan çox məhkəmə davası açılıb. Bu göstərici 2005-ci ilin uyğun göstəriciləri ilə müqayisədə 10 dəfə çoxdur. Ən ağır nəticələnən qarayaxma hədəfləri «Gündəlik Azərbaycan», «Realnı Azerbajdjan», «Azadlıq», «Müxalifət», «Nota bene», «Yeni Müsavat», «24 saat» qəzetləri olublar. 2007-ci ilin birinci yarısında ölkə məhkəmələri 7 tənqidçi jurnalisti yazılarına görə ən ağır cəzaya məhkum edib. Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı medianın hüququ durumu ilə bağlı bildirib ki, qeyri-rəsmi açıqlamalara əsasən, ölkədə əhalinin 60 faizə qədəri çanaq antenalardan istifadə edir.


O, hesab edir ki, buna ANS-in sıxışdırılması, Türkiyənin «Kanal D» televiziyasının yayımının dayandırılması, Türkiyənin STV və Rusiya kanallarının bağlanacağı barədə danışıqlar da səbəb olub.


XS
SM
MD
LG