Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:44

«Avia biletlər bahalanıb, qatarlarasa bilet tapılmır»


«Sərnişinlər bir neçə gündür ki, bilet satışında ciddi problemlərin yarandığını söyləyiblər»
«Sərnişinlər bir neçə gündür ki, bilet satışında ciddi problemlərin yarandığını söyləyiblər»

«Bizim Yol» Tarif Şurasının daxili aviareyslərə biletlərin qiymətinin 6 dəfə bahalaşdırması ilə bağlı məqalə dərc edib. Yeni qiymətlər 2008-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


Qəzet yazır ki, daxili reyslər üçün bilet ancaq mərkəzi aerokassada satılır. «Lakin burada da məlum oldu ki, Naxçıvandan başqa heç bir istiqamətə bilet satılmır. Ona görə ki, bu istiqamətlərə təyyarə uçmur. AZAL-ın məlumat bürosundan bizə verilən informasiyaya görə, Gəncə və Lənkərana reyslər üç aydan artıqdır ki, dayandırılıb. Zaqatalaya isə lap çoxdan - məlumat verən xanım elə-belə də dedi - təyyarə uçmur. Bu bölgələrə hansı səbəbdən uçuşların dayandırılması haqda isə heç bir söz deyilmədi. Deməli, belə çıxır ki, Tarif Şurası Naxçıvan reysin çıxmaqla, olmayan bir şeyin qiymətini qaldırıb».


Qəzet daha sonra yazır ki, bayram günün yaxınlaşması ilə əlaqədar təkcə aviakassalarda yox, dəmiryol kassalarında da gərginlik yaşanır. Sərnişinlər bir neçə gündür ki, bilet satışında ciddi problemlərin yarandığını söyləyiblər.


İqtidaryönlü «Səs» qəzeti yazır ki, son 3 ildə ölkədə əmək haqqı 2,5 dəfə artıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, orta aylıq əmək haqqı isə artıq 215 manata çatıb. Nazirin sözlərinə görə, son bir neçə ildə sosial təminat sahəsində hazırlanan mexanizmlərdən biri də ünvanlı sosial yardım olub. F.Ələkbərov bildirib ki, ünvanlı sosial yardım almaq üçün indiyədək 193 782 ailə müraciət edib. Onların 162 317-i yardım təyin olunması üçün qeydiyyata alınıb.


F.Ələkbərovun sözlərinə görə, nazirlik əhalinin aztəminatlı təbəqəsinə yardım verməklə yanaşı, onların reabilitasiyasını da vacib sayır. Buna görə də hazırda respublikanın Quba, İsmayıllı, Bakının Nizami rayonlarında 13 layihəni əhatə edən sosial reabilitasiya proqramı həyata keçirilir.


Deputat Aydın Mirzəzadə «Ayna»ya deyib ki, «əgər AŞPA Azərbaycana qarşı radikal bir qərar qəbul edəcəksə, bu halda nümayəndə heyətimiz qurumda fəaliyyətini məhdudlaşdıra bilər».


Deputat daha sonra deyib ki, «Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının bütün sessiyalarına çox məsuliyyətlə hazırlaşır və bizim üçün qeyri-vacib sessiya yoxdur. Yanvar sessiyasına gəldikdə, bu sessiyaya da tam hazırlaşırıq…»

XS
SM
MD
LG