Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:05

AXCP-nin Naxçıvan şöbəsi qərargahından çıxarılır


AXCP-nin yerli şöbəsi Naxçıvanın mərkəzi hissəsində yerləşir
AXCP-nin yerli şöbəsi Naxçıvanın mərkəzi hissəsində yerləşir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvan şöbəsinə qərargahını boşaltmaq göstərişi verilib. Səbəb kimi də qərargahın və ona bitişik binaların qəza vəziyyətində olması göstərilib. Şöbənin sədri Asəf Quliyev «Azadlıq» radiosuna deyir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti göstərişi bir həftə əvvəl verib. Yanvarın 8-də isə bildiriblər ki, qərargah iki günə boşaldılmalıdır. AXCP-yə təklif olunub ki, iki aylığa Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında yerləşsin.


Asəf Quliyev: «Biz bu təklifə razı olmadıq. Onların qərargahı iki otaqdan ibarətdir. Onda təklif etdilər ki, ADP-nin qərargahın alıb bizə versinlər. Biz isə dedik ki, başqa partiyayla münaqişəyə gedə bilmərik. Qərargahımızı dəyişirlərsə, normal bir yer versinlər».


Asəf Quliyev deyir ki, AXCP-nin yerli şöbəsi Naxçıvanın mərkəzi hissəsində yerləşir. Onun sözlərinə görə, qərargahdan çıxarılmalarının əsl məqsədi partiyanı cəmiyyətdən uzaqlaşdırmaqdır.


Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənmək hələlik mümkün olmayıb.


XS
SM
MD
LG