Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:44

Nə üçün Makkeyn?


Birləşmiş Ştatlarda Makkyeninin prezident olmaq şansını yüksək qiymətləndirənlər çoxdur
Birləşmiş Ştatlarda Makkyeninin prezident olmaq şansını yüksək qiymətləndirənlər çoxdur

Amerikada prezident seçkilərində bu ölkədə yaşayan Azərbaycan icması Respublikaçılar Partiyasının təmsilçisi Con Makkeynin namizədliyini müdafiə edəcək. Bununla bağlı US Azeris Network (USAN) Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılara müraciət edib.


Bu müdafiənin arxasında çox sadə səbəblər dayanır. Əvvəla, açıq-aydın görünür ki, Makkyen respublikaçıların lider namizədidir. Azərbaycanlılar da öz seçimlərini edib, hansısa namizədi dəstəkləməklə müsbət münasibət qurmaq istəyirlər. İkincisi, tarixən erməni lobbisinin demokratlarla yaxşı əlaqəsi olub. Bu baxımdan azərbaycanlılar respublikaçı namizədi müdafiə etməyə üstünlük verirlər.


Makkeyn Dağlıq Qarabağ məsələsində də daha çox neytral mövqe tutmağa çalışır ki, bu da Azərbaycanın maraqlarını təmin edir. Türkiyə gəldikdə isə o, daha dostyana münasibətlərin tərəfdarıdır.


Hillari Klinton və Barak Obama Erməni Milli Komitəsində soyqrım iddialarını tanıyacaqlarını bildiriblər. Onlarla müqayisədə Makkeynə Azərbaycanpərəst namizəd demək olar.


Birləşmiş Ştatlarda Makkeyninin prezident olmaq şansını yüksək qiymətləndirənlər çoxdur. Belə qənaətə gələnlərin əsas arqumenti onun dürüst siyasi karyerasıdır. O, siyasi fəaliyyəti ərzində həm respublikaçıların və demokratların hörmətini qazanıb. Respublikaçılardan ikinci elə bir namizəd yoxdur ki, demokratların ona Makkeyn kimi hörmətlə yanaşsınlar.


USAN-ın müraciətdə deyilir ki, Amerikada 400 min azərbaycanlı seçici var. Əgər sübut olunsa ki, onlar təşkilatlanmış formada seçkidə iştirak ediblər, demokratların da onlara hörməti yaranacaq. Çalışacaqlar ki, gələn seçkilərdə bu qrupun onlara səs verməsi üçün Azərbaycan icmasına qarşı müəyyən jestlər etsinlər. İstənilən halda güc nümayiş etdirən icma həm respublikaçıların, həm də demokratların hörmətini qazanacaq.


Bu, Birləşmiş Ştatlarda prezident seçkiləri ərəfəsində Azərbaycan icmasının ilk açıq müracsətidir. Bundan əvvəl hər hansı namizədə münasibət qeyri-rəsmi şəkildə olurdu. Məsələn, əvvəlki seçkidə Azərbaycan icması qeyri-rəsmi şəkildə Corc Buşun namizədliyini dəstəkləmişdi.


XS
SM
MD
LG