Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Müxalifət fəalı rüşvət vermədiyinə görə həbs edilib


İntiqam İsmayılov 2005-ci ildə MR Ali Məclisinə deputatlığa namizəd olub
İntiqam İsmayılov 2005-ci ildə MR Ali Məclisinə deputatlığa namizəd olub

Naxçıvanda ümumvətəndaşlıq pasportu almaq üçün rüşvət verməkdən imtina edən Culfa rayon Nəhəcir kənd sakini 1961-ci il təvəllüdlü İntiqam İsmayılova 15 gün həbs cəzası verilib. O, xırda xuliqanlıqda təqsirli bilinib.


Onun həyat yoldaşı Gülbir İsmayılovanın «Azadlıq» radiosuna bildirdiyinə görə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Pasport qeydiyyatı şöbəsindən pasportu götürmək üçün onlardan 5 manat pul istənilib. Həyat yoldaşı pulu verməkdən imtina edərək MR Ali Məclisinə şikayət edib. Ali Məclisdən məsələyə müdaxilə edilsə də, onlara yenə də pasport verilməyib, üstəlik İntiqam İsmayılovu nazirliyin 2 əməkdaşı zorla Nazirliyin zirzəmisinə aparıb.


Hadisənin şahidi olan İntiqam İsmayılovun 85 yaşlı anası Fatma xanım şəhər məhkəməsində təhqir olunduqlarını həmçinin oğlunun da DİN-də fiziki təzyiqə məruz qaldığını deyir.


MR Daxili İşlər Nazirliyindən ümumiyyətlə məsələyə münasibət bildirilmədi.


İntiqam İsmayılov Müsavat partiyasının üzvüdür. 2005-ci ildə MR Ali Məclisinə deputatlığa namizəd olub. Siyasi fəaliyyətinə görə bir neçə il əvvəl müəllim işlədiyi kənd məktəbindən işdən çıxarılıb. Ailəsi siyasi fəaliyyətinə görə onun təqib olunduğunu iddia edir.


XS
SM
MD
LG