Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:19

«Bu məlumatlar «Mixaylo»nun qəhrəmanlığına kölgə salır»


Onsuz da heç kim onun qəhrəman olduğunu dana bilməz
Onsuz da heç kim onun qəhrəman olduğunu dana bilməz

«Mehdi Hüseynzadənin bank yarması haqda məlumatlar onun qəhrəmanlığına, şəxsiyyətinə kölgə salır».


Bunu «Can Bakı»nın qonaqları - araşdırmaçı jurnalist Şəmistan Nəzirli, Mehdi Hüseynzadənin bacısı qızı Gülarə Əlizadə və bacısı oğlu Mehdi Əzizbəyov bildirib.


Şəmistan Nəzirli «Mixaylo»nun quldur olmadığını, bank yarmadığını deyib. Onun fikrincə, həmin vaxtlar 4 yaşı olan uşaq heç nəyi xatırlaya bilməzdi.


«Azadlıq» radiosunun əməkdaşı, Mehdi Hüseynzadənin həlak olduğu kənddən reportaj hazırlamış Rövşən Qənbərov isə deyib ki, o, bu versiyanı səsləndirəndə təkcə həmin vaxt 4 yaşı olan şahidin dediklərinə əsaslanmayıb, söhbət etdiyi şəxslərin demək olar ki, hamısı, hətta «Mixaylo»nun partizan yoldaşları da bu fikirdə olublar:


«Mehdinin həlak olduğu kəndin sakinləri əsasən bu versiyanı səsləndiriblər».


Rövşən Qənbərov onu da deyib ki, Mehdi Hüseynzadə barədə üzə çıxan məlumatları gizlətmək lazım deyil, onsuz da heç kim onun qəhrəman olduğunu dana bilməz.


Buna da bax:

XS
SM
MD
LG