Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:26

«Bu bayramda jurnalistləri əfv edin»


Ölkədə üç jurnalist həbsdədir, Elmar Hüseynovun qətlindən isə üç il keçir
Ölkədə üç jurnalist həbsdədir, Elmar Hüseynovun qətlindən isə üç il keçir

Beynəlxalq Jurnalistika İnstitutu prezident İlham Əliyevə müraciət edib ki, Milli Mətbuat Gününü həbsdəki jurnalistləri azadlığa buraxmaqla qeyd etsin.


Bu barədə təşkilat iyulun 2-də İlham Əliyevə açıq məktub göndərib. Sənəddə dövlət başçısı jurnalistləri azad etməyə, Azərbaycanda söz azadlığı mühitinin pisləşməsi halına diqqət yönəltməyə, vəziyyətin yaxşılaşacağına əmin olmaq üçün konkret tədbirlər müəyyənləşdirməyə çağırılıb.


Beynəlxalq Jurnalistika İnstitutu deyir ki, media demokratiyanın həyata keçirilməsi üçün vacib amildir. Azad medianı qəbul etməklə, həm də tənqidi jurnalistikanı qəbul etmək lazımdır: «Milli Mətbuat Günündən istifadə edin, göstərin ki, siz media azadlığı barədə öhdəliyinizə sadiqsiniz. Bu bayramda jurnalistləri əfv edin».


Beynəlxalq Jurnalistika İnstitutu 120 ölkənin aparıcı jurnalistlərinin, redaktorlarının qlobal şəbəkəsidir.


İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Hazırda ölkədə üç jurnalist həbsdədir, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən isə üç il keçir, bu cinayətin üstü hələ açılmayıb.


XS
SM
MD
LG