Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:25

ABŞ Cənubi Qafqazda 'Fəlakətə reaksiya' komandası yaradır


Samanta Pauer (sağda) Ermənsitanın Gorus şəhərində
Samanta Pauer (sağda) Ermənsitanın Gorus şəhərində

Azərbaycanın ötən həftə Qarabağ üzərində nəzarətini bərpa etməsinin ardınca sentyabrın 28-də Birləşmiş Ştatların Cənubi Qafqaz regionundakı humanitar fəaliyyətinin koordinasiyası üçün Fəlakətə Çevik Reaksiya komandası yaratdığını elan edəcəyi gözlənilir.

Reuters agentliyi yazır ki, bu komanda situasiyanı yerində qiymətləndirəcək, lazımi humanitar yardımın miqyasını müəyyənləşdirəcək və təcili dəstəyin verilməsi üçün partnyorlarla birgə işləyəcək.

Bu barədə bəyanatı ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in rəhbəri Samanta Pauerin verəcəyi deyilir.

Reuters-in məlumatına görə Pauerin bəyanatında deyilir:

"Birləşmiş Ştatlar Dağlıq Qarabağdakı əhalinin və Ermənistana qaçmış 50 mindən çox insanın kövrək vəziyyətindən dərin narahatlıq keçirir”.

Pauer Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatdan dərhal sonra Azərbaycana və Ermənistana səfər etmişdi.

O Vaşinqtonun bu şəraitdə Ermənistanla həmrəy olduğunu bildirmiş və beynəlxalq icmanın xəsarət alanlara və evakuasiyaya ehtiyacı olanlara köməklik göstərməsi üçün Qarabağa maneəsiz giriş verilməsinə çağırmışdı.

“Ötən həftənin qeyri-məqbul hərbi əməliyyatı”

Pauer əlavə edib ki, “ötən həftənin qeyri-məqbul hərbi əməliyyatı” onsuz da ağır humanitar vəziyyəti daha da mürəkkəbləşdirib. O Laçın dəhlizinin “tam və daimi olaraq” açıq saxlanmasına çağırıb.

Reuters xatırladır ki, Azərbaycan ərazisi olan Qarabağ bölgəsi 1991-ci ildən bəri Bakının nəzarətində olmayıb və indi Qarabağ erməniləri Azərbaycanın təhlükəsizlik qarantiyalarına dair vədlərini qəbul etmirlər.

Ermənistan sentyabrın 28-də bildirib ki, Qarabağdan ölkəyə 65 min 36 nəfər gəlib.

Azərbaycan prezidenti İlham Əliyev Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunacağını vəd etsə, bölgəyə hər hansı statusun verilməyəcəyini bəyan edib.

Samanta Pauer deyib ki, Azərbaycan mülkiləri mühafizə etməli, ölkədəki bütün insanların haqlarına və təməl azadlıqlarına ehtiram göstərməli, onun hərbi qüvvələri isə beynəlxalq humanitar qanuna uyğun hərəkət etməlidir.

XS
SM
MD
LG