Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:14

Britaniya ‘Rusiyaya bağlı’ təyyarəni həbs edib


İllüstrativ foto
İllüstrativ foto

Britaniya Rusiyaya qarşı aviasiya sanksiyalarını ağırlaşdırır

Britaniya martın 9-da Rusiyaya qarşı aviasiya sanksiyalarını daha da ağırlaşdırdığını bəyan edib.

Bu sanksiyalara görə Rusiyanın istənilən təyyarəsi həbs oluna bilər. Bundan başqa Rusiyaya kosmik fəza cihaz və avadanlığının və aviasiya ehtiyat hissələrinin ixracı qadağan olunur.

Britaniya bugün elan etdiyi sanksiyalar üzrə artıq Rusiyaya bağlı olduğu düşünülən bir təyyarəni həbs edib.

Britaniya xarici işlər naziri Liz Trass deyib:

“Rusiya bayraqlı təyyarələrə Birləşmiş Krallığın qadağan edilməsi və onların uçurlmasının cinayət əməli hesab olunması Rusiyaya və Kremlə yaxın olanlara daha çox iqtidasi ağrı verəcək”.

Britaniya Xarici İşlər Nazirliyi bildirir ki, qadağan Rusiya və ya sanksiya siyahısına daxil olanlarla bağlı olan bütün təyyarələrə xidmət göstərilməsinə, onların idarə olunmasına və fraxtlanmasına da aiddir.

Nəqliyyat Nazirliyi bildirib ki, Rusiyaya bağlılığı olan bir özəl təyyarə artıq həbs edilib və araşdırılma aparılır.

Bu təyyarənin Rusiya milyarderi Roman Abramoviçin dostuna məxsus olduğu düşünülür.

Aİ Rusiyaya sanksiyaları genişləndirir

Avropa İttifaqı (Aİ) Rusiya Prezidenti Vladimir Putinə yaxın oliqarxlara və rəsmilərə sanksiyaların üçüncü raundunu genişləndirməyə razılaşıb.

Sanksiyalar Moskvanın Ukraynaya qarşı təhrik edilməyən işğalına görə qoyulur.

Aİ Şurasının prezidentliyini icra edən Fransa martın 9-da tvitlərində yazıb ki, yeni sanksiyalar “Rusiyanın Ukraynaya qarşı təcavüzünə bağlı liderlərə, oliqarxlara və onların ailə üzvlərinə” aid ediləcək.

Rusiyaya sanksiyaların üçüncü raundu fevralın 24-də başlamış işğaldan bəri Aİ-nin razılaşdırdığı ən böyük paketdir. Rusiya mərkəzi bankının blokdakı aktivləri dondurulur, Aİ ərazisində Kremlin mediasına qadağa qoyulur.

Banklar, ticarəti yasaqlanan mallar

Fransa prezidentliyi bildirir ki, yeni sanksiyalar dənizçilik sektorunu da hədəfləyir, Belarusun üç bankının SWIFT ödəniş sistemindən çıxarılması nəzərdə tutulur. Kriptovalyutalar məsələləri aydınlaşdırılır, Rusiya və blok arasında ticarəti yasaqlanan texnologiyalar və malların tam siyahısı verilir.

Amma işğalda Moskvaya kömək edən Belarusun hansı banklarının, yaxud hansı texnologiya və malların ticarətinin siyahıya salındığı bildirilmir.

Sanksiyaların Şura tərəfindən yazılı şəkildə rəsmən qəbul ediləcəyi vurğulanır.

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən Aİ 680 şəxsə və 53 quruma sanksiya tətbiq edib. Moskva fevralın sonunda Ukraynanın şərqindəki Luqansk və Donetsk regionlarının müstəqilliyini tanıyıb və ölkəni işğal etməyə başlayıb.

XS
SM
MD
LG