Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:10

Akif Çovdarovun müsadirə olunmuş əmlakları qaytarılıb


Akif Çovdarov
Akif Çovdarov

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı, uzun illər bu qurumun Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov həbs ediləndə ailəsinə məxsus nə qədər əmlak müsadirə olunmuşdusa, demək olar ki, hamısı geri qaytarılıb. Bu barədə dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.

30 milyon manatlıq əmlak

Müsadirə qərarı ləğv olunmuş əmlaklar arasında "8-ci kilometr bazarı"nın paylarından tutmuş, Novxanıda istintaqın 700 min manat dəyərləndirdiyi bağ evi, Bakının mərkəzində - Bülbül prospektində yarım milyon manatlıq mənzil, Masazırda ümumilikdə 7 milyonluq obyekt, ev, torpaq sahələri var. Bundan başqa, məhkəmənin sabiq MTN generalına qaytardığı əmlaklar arasında 7-ci və 4-cü mikrorayonlarda yerləşən 5-6-mərtəbəli əmlaklar var ki, onların qiymətləri 3.1 milyondan 4.5 milyona qədər dəyərləndirilib. Bu, hələ Çovdarov 2015-ci ildə həbs ediləndə istintaq dövründə sözügedən əmlaklar üzərinə qoyulan qiymətlərdir. Ümumilikdə isə generalın müsadirə olunmuş əmlaklarının dəyərinin 30 milyon civarında olduğu bildirilirdi.

"8-ci kilometr bazarı"

"8-ci kilometr bazarı"na gəlincə, cinayət işinin materiallarında iddia olunurdu ki, həmin bazar zərərçəkmiş qismində tanınan qardaşlardan zorla alınıb. Bazarın səhmlərinin bir hissəsi Çovdarovun qızının adına, digər hissəsi isə keçmiş Milli Təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədovanın adına keçirilib.

Lakin onlar bu ittihamı qəbul etmirdilər. Ümumiyyətlə, Akif Çovdarov özünü heç bir epizod üzrə təqsirli bilmirdi, həbsini də, ona qarşı ittihamları da əsassız sayırdı.

Çovdarov 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması və 20-dən çox vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyat nəticəsində cinayət məsuliyyətinə cəlb olunmuşdu. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilsə də, 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG