Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:45

III Aleksandr ‘bəstəboy Putinin’ yanında əzəmətli görünürdü…


Vladimir Putin noyabrın 18-də çar III Aleksandrın abidəsinin açılışında çıxış edir
Vladimir Putin noyabrın 18-də çar III Aleksandrın abidəsinin açılışında çıxış edir

“Rusiyada daha bir yeni heykəl yeni qalmaqala səbəb olub. Nədəndirsə Vladimir Putinin Rusiyasında ucaldılan abidələrin altından hər dəfə ziddiyyət peyda olur. İstər Mixail Kalaşnikovun heykəli olsun, istərsə də Zəhmli İvanın və ya Böyük Vladimirin abidələri…” – yazır AzadlıqRadiosunun müxbiri Tom Balmforth.

Noyabrın 18-də Putinin işğal olunmuş Krımda açılışını etdiyi çar III Aleksandrın heykəli də bu aqibətdən yaxa qurtara bilməyib.

Telegra.ph bloqpostunda abidənin tarixi səhvləri ilə bağlı şərh yazıldıqdan sonra təşkilatçılar yanlışlıqların aradan qaldırılmasına başlayıblar.

Heykəltəraş Andrey Kovalçuk səhvlər barədə iddiaları rədd edir və bildirir ki, əsərinə heç bir düzəliş etməyəcək.

Atası II Aleksandr sui-qəsd nəticəsində öldürüldükdən sonra, 1881-1894-cü illərdə çarlıq etmiş III Aleksandr özünün mühafizəkarlığı ilə fərqlənirdi.

Çar bu heykəldə əllərini qılıncın üstünə qoyduğu pozada təsvir edilib. Onun arxasındakı divar üzərində işlənmiş barelyefdə çarın hakimiyyəti illərində əldə olunmuş nailiyətlərin simvolları var.

Dostoyevski hansı çarın yazıçısı olub?

Abidə ansamblının üzərində Ümumrusiya İmperatoru III Aleksandra aid edilən bir cümlə yazılıb: “Rusiyanın iki müttəfiqi var: onun ordusu və donanması”.

Lakin Telegra.ph bloqpostunda dərc edilmiş məqalədə bu məşhur kəlamın çara yox, hərbi nazir Pyotr Vannovskiyə aid olduğu iddia edilir. Məqalədə bu da qeyd olunur ki, barelyefdəki səkkiz təsvir başqa çarlarla bağlıdır və onların III Aleksandrla yalnız dolayısı ilə əlaqəsi var.

"İlk baxışdan monument təsirli görünür, ələlxüsus da bəstəboy Putinin yanında, - deyilir bloqda, - Lakin abidəyə yaxınlaşdıqda bunun savadsız və tələm-tələs görülmüş iş olduğu üzə çıxır”.

Fyodor Dostoyevskiyə III Aleksandrın hakimiyyətini görmək qismət olmayıb
Fyodor Dostoyevskiyə III Aleksandrın hakimiyyətini görmək qismət olmayıb

Məsələ burasındadaır ki, barelyefdə yazıçı və mütəfəkkir Fyodor Dostoyevskinin də fiquru var, halbuki o, III Aleklsandr taxta çıxmazdan 30 gün əvvəl vəfat edib. Burada Lev Tolstoyun da fiquru var, amma sənətkar iki böyük romanını – “Hərb və Sülh” və “Anna Karenina”nı II Aleksandrın zamanında yazıb və əslində 1910-cu ilədək yaşayıb. O vaxt artıq II Nikolay çar idi.

Blogerlər habelə bu abidədə yer almış Trans-Sibir Dəmir Yoluna işarə edilməsini yanlış hesab edirlər. Bu yolun çəkilişi III Aleksandrın ölümündən üç il əvvəl başlansa da, onun ləng tikintisi yalnız 1916-cı ildə, çarın ölümündən 22 il sonra başa çatdırılıb.

Blogerlər barelyefdəki Moskva Tretyakov Qalereyasının, Dövlət Tarix Muzeyinin binalarının, Mojaysk təyyarəsinin, kimyaçı Dmitri Mendeleyev və coğrafiyaçı və səyyah Nikolay Prejevalskinin fiqurlarına da irad tuiturlar.

Heykəltəraş Kovalçuk öz abidəsini RIA Novosti agentliyinə verdiyi uzun-uzadı müsahibəsində müdafiə edib: “Mən əminəm ki, burada səhv yoxdur. Nə varsa, hamısı Aleksandrın epoxasına aiddir. Dostoyevski II Aleksandrın qətlindən 1 ay əvvəl vəfat etsə də onun da bu abidədə yeri var”.

“Saxtalaşdırılmış tarix”

Bu mübahisələrə Putinin opponentləri də qoşulublar.

Prezident seçkisndə iştirak ambisiyası olan antikorrupsiya lideri Aleksey Navalnı Tvitterdə yazıb: “Mən həmişə demişəm: Kremldə tarixin falsifikatorları var. Rusiyanı sevməyən və onu başa düşməyən adamlar”.

III Aleksandrın abidəsini açan Putin onu “fövqəladə dövlət adamı və vətənpərvər” və “öz ölkəsinin taleyi üçün məsuliyyət hiss edıən lider” adlandırıb.

Əslində Rusiya tarixində III Aleksandr atasının demokratik islahatlarını geriyə döndərən çar kimi tanınır.

Vedomosti biznes qəzetinin 19 noyabr sayındakı redaksiya məqaləsində deyilir ki, “belə görünür, Putin özünün tarixi ideal və prorotipini III Aleksandrda tapıb”.

Məqalədə qeyd olunur ki, Putin III Aleksandr barədə sanki özü haqqında danışırmış kimi bəhs edirdi.

Abidə 2014-cü ildə ilhaq edilmiş Krımın Yalta şəhərində, çarın Livadiya iqamətgahının qarşısında yerləşdirilib.

Rusiya hakimiyyəti inqilabçı və əks-inqilabçılar da daxil keçmişin şəxsiyyətlərinə abidələr qoyulması siyasətini davam etdirir.

Bu abidələrin əksəriyyəti tarixi uyğunsuzluğuna görə tarixçilər və blogerlər tərəfindən lağa qoyulub.

Ötən sentyabrda AK-47 avtomatının yaradıcısı Kalaşnikovun abidəsində təsvir edilən silahın ona yox, nasistlərə məxsus olduğu üzə çıxandan sonra, heykələ düzəlişlər edilmişdi.

XS
SM
MD
LG