Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:08

'Dəstək məktubu yaz'


Həbsdə olan gənc Qiyas İbrahimov
Həbsdə olan gənc Qiyas İbrahimov

“Dəstək məktubu yaz” Beynəlxalq Hüquq Müdafiə Təşkilatı Amnesty İnternational “2016- Hüquqlar üçün yaz – Məktub zənciri” kampaniyasına başlayıb.

Təşkilat dünyada ifadə azadlığı, siyasi baxışlarına görə həbs edilmiş və ya təqib olunan insanların ailə və dostlarının bir-birinə məktub yazmasını təşkil edib.

Buna da bax: Qiyas İbrahimov ona verilən işgəncələri danışır (Video)

Misirdə həbsdə olan tanınmış fotoqraf Shawkan-ın dostu Azərbaycanlı məhbus, “heykələ yazdığı” üçün həbs edildiyi bildirilən Qiyas İbrahimova dəstək məktubu yazıb. Qiyas İbrahimovun adından isə onun anası Şura Əmiraslanova Çində həbsdə olan professor İlham Tohtiyə ürək-dirək verir, həmrəylik göstərir:

“Əziz Tohti. Mənim oğlum siyasi məsələlərə görə həbsxanadadır. İstəyirəm bir şeyə inanasan: sən tezliklə azadlıqda olacaqsan”.

Məktub zəncirində Rusiyada sürgün həyatı keçirən Edward Snowden də yazdığı məktubunda oğurlanmaq və öldürlümək təhlükəsi altında olan azyaşlı albinis Annie Alfredə ürək-dirək verib.

Amnesty İnternational 1961-ci ildə Londonda təsis olunub. Təşkilat dünyada insan haqlarının pozulmasının monitorinqini aparır, hüquqları müdafiə edir, insan haqlarının durumu ilə bağlıölkələr üzrə ətraflı hesabatlar hazırlayır.

XS
SM
MD
LG