Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:04

Ararat Mirzoyan: 'Qarabağ təkcə ərazi deyil...'


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

Nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması üçün “dərhal həqiqi, konstruktiv” danışıqlara başlamağa hazırdır

“Dağlıq Qarabağ yalnız ərazi yox, həm də ləyaqətlərinə hörmət tələb olunan insanlardır”.

AzadlıqRdaiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu bəyanatı mayın 20-də Avropa Şurasının Turin şəhərində keçirilən 32-ci nazirlər sessiyasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan verib.

Dağlıq Qarabağda 2020-ci ildə baş vermiş 44 günlük müharibəni yada salan nazir deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq həll olunmasında israr edir və sülhə hazır olduğunu bildirir:

“Əgər bu, belədirsə, onda biz nə üçün hərbi əsirlərin qaytarılması, əsirlərin haqları, onların dərhal azad edilməsi uğrunda hələ də mübarizə aparırıq? Biz nə üçün hələ də xalqın Azərbaycanın nəzarətində olan ərazilərdə mədəni hüquqları uğrunda, erməni milli mədəni irsinin məhv edilməsinə qarşı münabarizə aparırıq? Biz yeganə qaz kəməri sıradan çıxanda nə üçün hələ də adamların öz evlərində elementar məişət şəraiti uğrunda mübarizə aparırıq”.

Yenə də ATƏT-in Minsk qrupu barədə

Ararat Mirzoyanı bu tənqidləri səsləndirdikdən sonra bildirib ki, rəsmi Yerevan regionda sülh və çiçəklənmənin bərqərar olması üçün danışıqlar prosesinə sadiqdir.

Nazirin sözlərinə görə, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması üçün “dərhal həqiqi, konstruktiv” danışıqlara başlamağa hazırdır.

Mirzioyan bir daha tənzimləmə prosesinə ATƏT-in Minsk qrupu həmsədrlərinin cəlb olunmasının mühümlüyünü vurğilayıb.

O deyib ki, Avropa Şurası da öz mandatı çərçivəsində bu prosesə töhfə verə bilər.

Mayın 19-da Brüsseldə Azatutyunun suallarına cavab verən Ararat Mirzoyan demişdi ki, Azərbaycan Dağlıq Qarabağın statusu məsələsinin danışıqların gündəliyinə salınması barədə Yerevanın təklifinə hələ də cavab verməyib.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il də tərəflər arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpa edilməsi ilə bağlı daha iki bəyanat imzalanmışdı.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG