Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:03

“Bu, xalqa qarşı addım olar”


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

►Azərbaycan Rusiya yolu ilə gedə bilərmi?

"Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı üzv olduğu dövlətlərarası orqanların qərarlarının icrası qaydalarını dəyişdirir.

Milli Məclisin yaz sessiyasında bununla bağlı Konstitusiya qanunu statusunda yeni qanunun qəbul edilməsi nəzərdə tutulur."

Bu xəbəri fevralın 4-də “Report.az” saytı yayıb.

Məlumatda deyilir ki, artıq parlamentin planına “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsinin müzakirəsi daxil edilib.

Ancaq AzadlıqRadiosunun əlaqə saxladığı millət vəkillərindən bir neçəsi bu haqda məlumatlarının olmadığını bildirdi.

“Azərbaycanda hər şey ola bilər”

Fazil Mustafa
Fazil Mustafa

Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa onlara sənəd paylanmadığını bildirir:

“Konstitusiyamıza insan haqları ilə bağlı ayrı bölmə əlavə olundu. Bu dəyişikliklərdən sonra hansısa formada insan haqları ilə bağlı ağırlaşdırıcı halların tətbiqini, yaxud gərginləşməsini güman eləmirəm. Amma hər halda, layihədə konkret nəyin nəzərdə tutulduğunu sənədə baxıb söyləmək olar. İndiki şərtlərdə belə bir sənədin müzakirəyə çıxarılması aktual deyil. Güman eləmirəm indiki vəziyyətdə belə bir qanun qəbul olunsun. Amma Azərbaycanda hər şey ola bilər. Ona görə sənəd daxil olandan sonra münasibət bildirmək daha doğru olar ”.

İnsan hüquqları komitəsinin digər üzvü Tahir Kərimlinin fikrincə, belə bir sənəd yaz sessiyasının gündəliyinə salına bilər:

“Nəzərdə tutulub, amma hələ ki, belə bir layihə daxil olmayıb, müzakirə də olunmayıb. İndiyəcən eşitmişik, mülahizə eləyirik ki, plana salınıb. Amma biz qanun layihəsini görməmişik, orda nə yazıldığını bilmirik”.

_____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Tahir Kərimli
Tahir Kərimli

“Rusiya variantı mümkündür”

Tahir Kərimli əlavə edir ki, bu halda Rusiya variantı mümkün sayıla bilər:

“Beynəlxalq hüquqdan üstün yalnız Konstitusiya və konstitusion qanunlardır. Qalan bütün qanunlar, qərarlar və başqa normativ aktlar beynəlxalq hüquqdan aşağı sayılır. Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların bu normalara uyğun çıxarılmış qərarları Azərbaycanda yerinə yetirilir və yerinə yetirilməlidir. Hüquqi formada belə bir dəyişiklik yalnız Konstitusiya qanunu ilə mümkündür. Rusiyada Konstitusiya qanunu qəbul olunub, Azərbaycan da analoji addım ata bilər. Ancaq o müddəalara baxmaq lazımdır, Konstitusiyanın əsas müddəası pozulmasın, beynəlxalq hüquqların statusuna da zərər dəyməsin deyə, necə uzlaşdırılacaq, necə tənzimlənəcək”.

Ötən dekabrda Rusiya Konstitusiya Məhkəməsinə Avropa Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun qəbul olunub.

“Bu, böyük bir yanlış olar”

Ələsgər Məmmədov
Ələsgər Məmmədov

Hüquqşünas Ələsgər Məmmədli isə Azərbaycan hakimiyyətinin belə bir yanlış adddım atacağını güman etmir. Çünki Azərbaycan Konstitusiyası beynəlxalq aktların hüquqi qüvvəsini qanunlardan üstün hesab eləyir:

“Rusiyanın səhvini bizim də hökmən etməyimiz doğru deyil və bu, böyük bir yanlış olar. Azərbaycanın həm qlobal cəmiyyətdən təcridinə, həm də daxildə çox güclü güvən itkisinə gətirib çıxarar. Çünki Azərbaycan Avropa Şurasına üzv olarkən, Avropa Konvensiyasını və Avropa İnsan Hüquqları Məhkəməsi yuridiksiyasını qəbul edərkən, sadəcə, hökumətin iradəsi deyil, bütünlüklə cəmiyyətin iradəsi ilə ora daxil olub. Xalq referendumla, ya da bu və ya digər formada bu fikrindən daşınmayıbsa, xalqı təmsil edənlərin belə bir anormal addım atması xalq qarşı sayılar”.

Azərbaycan əksər dövlətlərarası qurumların yurisdiksiyası daxilindədir. Bu sahədə daha çox müraciət olunan qurumlar Avropa İnsan Haqları Məhkəməsi və BMT-nin İnsan Haqları Komitəsidir.

Son illər Strasburq məhkəməsinin çıxardığı, əsasən siyasi işlərlə bağlı qərarların kompensasiya hissəsi hökumət tərəfindən icra olunsa da, digər tələblər yerinə yetirilməmiş qalır. ReAL hərəkatının lideri İlqar Məmmədovla bağlı qərarın icra olunmaması Avropa Şurası Nazirlər Komitəsində də müzakirəyə çıxarılıb və hökumətə tövsiyə olunub ki, bu qərarı ingiliscədən çevirib yerli məhkəmələrə göndərsin. Avropa Şurasının Baş katibi Thorbjorn Jagland isə Azərbaycanda Avropa İnsan Haqları Konvensiyasının icrasını araşdırmağa başladığını bəyan edib.

"İlqar Məmmədov dərhal azadlığa buraxılmalıdır"
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

XS
SM
MD
LG