Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 02:19

Koronavirus Avropada 'Marşall Planı'nı yenidən gündəmə gətirir


Marshall Plan posteri, 1948
Marshall Plan posteri, 1948

Avropa Komissiyasının sədri Ursula von der Leyen, koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün AB-nin yeni bir "Marshall Planı" na ehtiyacı olduğunu düşünür.

Bu barədə o, "Welt am Sonntag" qəzetindəki bir müəllif sütununda yazıb.

Von der Leyen hesab edir ki, "Gələcəkdə bir fəlakətin qarşısını almaq üçün bu gün milyardlarla avro investisiya lazımdır". O, həmçinin Avropa iqtisadiyyatına "nəsilləri bir-birinə bağlayan" və Aİ birliyini gücləndirməyə kömək edəcək böyük maliyyə sərmayələrinin qoyulacağına əminliyini bildirir.

Ursula von der Leyen, Brüssel, 2 aprel 2020
Ursula von der Leyen, Brüssel, 2 aprel 2020

Komissiya sədri hesab edir ki, əsas Aİ-nin 2021-2027-ci illər üçün büdcəsinə yenidən köklü baxılmasının vacibliyidir. Onun fikrincə, AB ölkələri bu büdcəyə vəsait yönəldərək həmrəylik nümayiş etdirməlidirlər.

ABŞ Dövlət Katibi Corc Marshall-ın adını daşıyan Marshall Planı, II Dünya Müharibəsindən sonra ABŞ-ın Avropa ölkələrinə yardımını təmin edib.

Sovet bloku ölkələri bu planı rədd etsə də Qərbi Avropa dövlətləri, o cümlədən Qərbi Almaniya qəbul edib. Bu Plan müharibədən sonra məhv edilən Avropa iqtisadiyyatının yenidən qurulmasına yardım edib.

Von der Leyenin mətnindən ABŞ-ın kömək etmək olması anlamına gəlmir, o, "Marşal Planı" nı böyük və məqsədli maliyyə qoyuluşları üçün metafora olaraq xatırladır.

AB-də koronavirus epidemiyasına səbəb olan tənəzzülün aradan qaldırılması üçün hansı vasitələrdən istifadə ediləcəyi ilə bağlı bir müzakirələr gedir. Dünyada aşkar olunan koronavirus infeksiyası hallarının təxminən yarısı - 600 mindən çoxunu Avropa Birliyi ölkələrində qeydə alınıb və AB-də ölənlərin sayı 40 mini keçib. Virusdan ölüm halları daha çox İtaliya, İspaniya və Fransada qeydə alınıb.

AB ölkələrinin iqtisadiyyatı təkcə epidemiya səbəbindən deyil, həm də əksər Avropa ölkələrində tətbiq olunan karantin tədbirlərinə görə əziyyət çəkir - bir çox müəssisələr bağlandı, əsasən xidmət sektorunda, Şengen ölkələri arasında sərhəd nəzarəti yenidən tətbiq edilib və ya sərhədlər tamamilə bağlanıb. AB, xüsusilə İtaliya kimi ən çox zərərşəkən ölkələrə yardım əlaqələndirilməməsi ciddi tənqid olunmaqdadır.

XS
SM
MD
LG