Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

Ayda 150 manata görə Yevlaxa getməyə dəyərmi?


Azərbaycanın neft pulları Moskvada - Neft Fondu niyə zərər edir?
Gözlə

No media source currently available

0:00 0:15:10 0:00

Azərbaycanın neft pulları Moskvada - Neft Fondu niyə zərər edir?

Dövlət xətti ilə peşə hazırlığına gedən işsizlərə ayda 180 manat təqaüd veriləcək. Nazirlər Kabineti bununla bağlı qaydaları iyunun 3-də təsdiqləyib.

Qaydaya görə, işsiz kimi qeydiyyata alınan şəxslər Dövlət Məşğulluq Xidməti və “DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı kurslarına getdikləri müddətdə minimum əməkhaqqı həcmində, yəni indiki halda, 180 manat aylıq təqaüd alacaqlar.

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Bayramova AzadlıqRadiosuna deyir ki, bu kurslar ən müxtəlif peşələri əhatə edir:

“Məşğulluq Mərkəzlərində bu kurslarla bağlı bütün məlumatlar var. Kurslar bir çox sahələri əhatə edir, aşpazlıq, aşpaz köməkçisi, dərzilik, texniki sahələr, kompüter köməkçisi, ingilis dili. Vətəndaş hətta öz istədiyi sahəni də deyə bilər ki, mən filan peşəni öyrənmək istəyirəm. Kütləvi qrup olmasa belə, həmin sahə üzrə vətəndaşın peşə hazırlığına cəlb olunması üçün hansısa iş görülür".

Əsmər Bayramova bildirir ki, kurslara qəbul növbəlilik psinsipi əsasında olacaq, amma bura növbə uzun olmur. Vətəndaşa növbə gözlədiyi müddətə təqaüd verilməyəcək, onlar pulu kurslara başlayandan sonra ala biləcəklər. Peşə hazırlığı kursları artıq fəaliyyət göstərir.

Musiqi müəllimi

Yevlax sakini Sərvər Mahmudov musiqi müəllimidir, deyir ki, onu işə götürmək üçün rüşvət istəyirlər. O, bildirir ki, hökumətin peşə hazırlığı kursuna müraciət etməyi düşünmür, çünki keçən il Dövlət Məşğulluq İdarəsinə müraciət edib, amma şərtlər onu qane etməyib:

“Allaha and olsun boş şeydir, deyirlər, amma eləmirlər. Mən getmişdim Məşğulluq İdarəsinə, iş təklif etdilər, Yevlaxda idi. Ayda 150 manat maaş idi. Mən isə kənddə yaşayıram. Ora getmək üçün gündə üç manat yola pul verməliyəm. Mənə sərf eləmir axı. Ona görə də getmədim. Televizorda çıxıb deyirlər, amma hamısı boş şeydir".

Əsmər Bayramova deyir ki, Sərvər Mahmudov və başqa narazı şəxslər onlara müraciət etsələr, bu şikayətləri araşdıracaqlar.

Əsmər Bayramova onu da əlavə edir ki, peşə hazırlığı kursuna gedən və təqaüd alan şəxslər işsizliyə görə sığorta ödənişi almayacaqlar. Bu vəsaitin məbləği vətəndaşın sığorta stajından asılı olaraq dəyişir.

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, işsiz olub, peşə hazırlığına cəlb olunan şəxslərə oxuduğu müddətdə təqaüd veriləcək.

Təqaüdün verilməsi aşağıdakı hallarda dayandırılır:

1. İşsiz kimi qeydiyyatı ləgv edildikdə;

2. İşsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda;

3. Təhsil müəssisəsindən xaric olunduqda.

Müxalif ReAl Partiyasından Natiq Cəfərli deyir ki, işsizlərin qeydiyyatı sistemini avtomatlaşdırmaq lazımdır, işsizlərin gəlib heç qeydiyyata düşməsinə ehtiyac olmamalıdır. Onun sözlərinə görə, dövlət özü bilməlidir ki, kim işsizdir, kim yox:

“Söhbət ondan gedir ki, vətəndaşın işsiz kimi müraciəti avtomatlaşdırılmalıdır. Avropada və ABŞ-da bu, belədir. Bununçün Azərbaycanda iş yerlərinin hamısı leqallaşdırılmalıdır. Azərbaycanda ən böyük problemlərdən biri budur ki, gizli iş yerləri var. Azərbaycanda əmək qabiliyyətli əhali 6 milyona yaxındır, amma rəsmi qeydiyyatdan keçən işçilərin sayı 1,6 milyondur. Təqribən 4,2 milyon əmək qabiliyyətli insanın nə ilə məşğul olmasının qeydiyyatı yoxdur”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Hökumət işsizlərə necə yardım etsin?
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Rəsmi statistikaya görə, Azərbaycanda işsizlik beş faiz civarındadır. Amma müstəqil təhlilçilər reallıqda bu rəqəmin daha böyük olduğunu deyirlər.

XS
SM
MD
LG