Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

2016-da Azadlıq Radiosunun Youtube-da ən çox baxılan videoları [top-10]


2016-cı ildə AzadliqRadiosu-nun Youtube Kanalında ən çox izlənən 10 videosundan 6-sı Əliyevlər haqındadır. Bu videoların çoxunun izlənməsinə əngəllər yaradılsa da, yüzminlərlə seyrçi başqalarının göstərmədiyi həqiqətləri Youtube kanalımızdan izləməyi bacardı.

Buna da bax:​ İsa Qəmbər: 'Yarımçıq addımlarla nələrisə dəyişməyə çalışırlar'

10

Səlahiyyətlərinin çoxu alınıb, özü də “qeybə çəkilən” nəqliyyat naziri Ziya Məmmədov bu il qəfildən populyarlaşıb.

Buna da bax:​ Jurnalistlərlə bağlı «açılmayan cinayətlər»in uzun siyahısı

Ziya Məmmədovun villasını çəkən jurnalistin döyülməsi haqda 6 il əvvəl hazırlanmış videosüjet ən çox baxılan 10-cu video olub.

9

Fevralda baş verən devalvasiya hökumətə də, adi adamlara da ağır ziyan vursa da, AzadlıqRadiosu-nun apardığı araşdırmada məlum oldu ki, devalvasiyadan qazanan kimin bankları olub?

Buna da bax: Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Devаlvаsiyаdаn "pul tutаn" prеzidеnt аiləsi – videosu ən çox izlənən 9-cu sırada

8

İlboyu İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən kişi və qadınların, üstəlik ora uşaqlarını da aparanların əhvalatları da çox izlənib.

Buna da bax:​ Dünyada terror qurbanlarının sayı azalıb, amma...

İŞİD-ə qoşulan azərbaycanlı qadın kimdir? Atanın etirafları... videosu ən çox izlənənlər içində 8-cı sırada.

7

2016-cı il Azərbaycan regionlarında etirazlarla başladı.

AzadliqRadiosu A-Live Xəbərlər programının hazırladığı video 11 ay müddətində 365 min izlənmə ilə 7-cı sırada.

6

Yeni videolarla yanaşı Youtube kanalımızda arxiv videolarına da tez-tez yer veririk.

Kəmaləddin Heydərovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri olarkən ovaxtkı prezident Heydər Əliyev tərəfindən danlanması videosu 2016-da ən çox baxılanları sırasında 6-cı olub.

5

Prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların adına sosial şəbəkələrdə hesablar var. İzləyicilər arasında Əliyeva bacılarına sevgi, heyranlıq ifadə edənlər də var, onlardan dərdlərinə çarə umanlar da.

Buna da bax:​ Leyla Əliyeva fillərin müdafiəsi üçün əsərlərini satışa çıxarıb- [Video]

AzadlıqRadiosu-nun hazırladığı "Əliуеvа bасılаrınа Instаgrаm-dа nə уаzırlаr?" videosu 1 ay müddətində 5-ci sıraya yüksəlib.

4

2016-cı ildə dünya jurnalistika tarixində korrupsiya ilə bağlı ən böyük məlumat sızıntısı baş verdi - “Panama Papers” adlanan sənədlərdə İlham Əliyev və qızlarının ofşor gizlinləri də yer alır.

Buna da bax: “Panama Papers” qalmaqalı Hollywood filminə çevrilir

Videoaraşdırma ən çox izlənənlər siyahısında 4-cü olub.

3

Yarımmilyon baxış olan bu video Amerikanın yeni prezidenti Donald Trump-ın Azərbaycandakı biznes əlaqələri haqdadır.

2

2016-cı ildə ən çox baxılan ikinci video İlham Əliyevin qızları yox, oğluyla bağlı olub.

Buna da bax:​ Deputat: 'Erkən prezident seçkisinin keçirilməsi ehtimalı böyükdür'

Azərbaycandakı Konstitusiyaya edilən dəyişiklik nəyə xidmət edir - Azadliq A-Live TV proqramının bu buraxılışına 5 ayda 680 min baxış olub.

1

İlin ən çox baxılan videosu isə - Əliyevlər ailəsinin London villaları haqdadır.

Buna da bax: Avtoritarların London mülkləri müsadirə oluna bilər

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin yeni araşdırmasına görə, Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal Mircamal Paşayevlər Londonda milyonlarla dollarlıq mülklərin sahibidirlər.

Bu videonu 2016-cı ildə 1 milyona yaxın adam izləyib.

XS
SM
MD
LG