Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:16

Səfir: Sərhədçilərin yerləşdirilməsi Azərbaycanla da razılaşdırılmalıdır


Yerevan-Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin, 14J iyul, 2021
Yerevan-Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin, 14J iyul, 2021

“Moskva Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçiləri yerləşdirilməsinin müzakirəsində f'əal iştirak edir”.

AzadlıqRadiosu Ermənistan xidmətinin avqustun 4-də vediyi məlumata görə, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin ictimai televiziyasına müsahibəsində deyib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə hökumətin iclasında bildirib ki, Azərbaycanla sərhədlərin müəyyən edilməsi zamanı hərbi toqquşmalardan qaçmaq üçün bütün Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçiləri yerləşdirmək olar.

O ,bu məsələni Moskva ilə müzakirə etmək fikrində olduğunu da vurğulayıb.

"Sərhədçilərimizin bu cür problemli bölgələrdə yerləşdirilməsi üçün xeyli əlavə vəsait, o cümlədən şəxsi heyyət cəlb edilib” deyə Kopırkin bildirib.

O bunun, xüsusilə yolların, hər iki ölkənin ərazisindən keçən hissələrinə aid olduğunu vurğulayıb.

Sərhədin digər problemi hissələrinə gəldikdə isə Kopırkin, bu məsələnin Rusiyanın fəal iştirakı ilə müzakirə olunduğunu bildirib.

Amma səfir bildirib ki, bu məsələnin müzakirəsində Azərbaycan tərəfi də iştirak etməlidir.

“Biz Bu problemin vacibliyini anlayırıq və Rusiya tərəfi müvafiq addımlar atmağa hazırdır. Amma bu, üçtərəfli formatda müzakirə tələb edən bir məsələdir. Praktiki işlər davam etdirilir”,deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanla Azərbaycan son vaxtlar bir-birlərini sərhəd bölgələrində atəşkəs rejimini pozmaqda günahlandırırlar.

'Hədəf rus qoşunlarını Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməkdir' - Ekspert
'Hədəf rus qoşunlarını Ermənistan-Azərbaycan sərhədinə yerləşdirməkdir' - Ekspert

Ermənistan tərəfi, Azərbaycan ordusunun bir neçə istiqamətdə onun ərazisinə daxil olaraq mövqe tutduğunu iddia edir.

Rəsmi Bakı isə bu ittihamı rədd edir və dəfələrlə bildirib ki, Azərbaycan 44 günlük son Qarabağ savaşından sonra, keçmiş Sovetlər dönəmindəki qanuni-əzəli sərhədlərini bərpa edir.

XS
SM
MD
LG