Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:05
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

Əsas məqamlar

21:31 7.2.2024

Müşahidəçilərə protokolların verilməməsindən şikayətlər var

Bakıdakı bəzi seçki dairələrinin bir sıra məntəqələrində müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolların verilməməsi ilə bağlı şikayətlər var.

Bəzi məntəqələrdə müşahidəçilərə protokolların, ümumiyyətlə, verilmədiyi, bəzilərində isə bunu qaralama şəkilində təqdim etdikləri deyilir.

Protokolun verilmədiyi yerlərdən biri kimi 17 saylı Yasamal III seçki dairəsinin adı çəkilir.

Bu şikayətlərə, hələlik, nə həmin dairədən, nə də MSK-dan münasibət almaq mümkün olub.

21:56 7.2.2024

Azadlıq Radiosuna edilən şikayətlərin birində bildirilir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində səyyar səsvermə üçün 18 ərizə olub.

"Ancaq qutudan 38 səs çıxdı. Bütün səslər İlham Əliyevədir. 20 əlavə bülleten atılıb", - mənbələrdən biri vurğulayıb.

Bu deyilənlərə həmin dairədən və MSK-dan münasibət almaq mümkün olmayıb.

22:06 7.2.2024

Müsavat seçkilərin ləğvinə çağırır

Müxalifətdə olan və seçkilərə qatılmayan Müsavat Partiyası bəyanat yayaraq bildirib ki, növbədənkənar prezident seçkiləri azad və ədalətli olmayıb.

Bəyanatda deyilir ki, partiya onun nəticələrinin ləğv edilməsini istəyir və "Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən prezident seçkilərinin keçirilməsini tələb edir".

22:15 7.2.2024

Saat 19:00-a olan yekun məlumata görə, respublika üzrə seçicilərin 76.73 faizi (4 milyon 971 min 32 nəfər) səs verib. /MSK/

Davamı

XS
SM
MD
LG