Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:08

Ağ Evdə maska məcburi oldu


Prezident Donald Trump deyib ki, o bu sərəncama əməl etməməlidir, çünki “hamıdan kifayət qədər aralı” dayanır
Prezident Donald Trump deyib ki, o bu sərəncama əməl etməməlidir, çünki “hamıdan kifayət qədər aralı” dayanır

Ağ Evdə iki əməkdaş koronaviorusa yoluxduqdan sonra binanın Qərb korpusuna daxil olanların maska taxması icbari elan edilib.

Ağ Evin kadrlar idarəsi bildirib ki, bütün işçilər yalnız öz masalarında başqalarından fiziki məsafədə oturduqları hallardan başqa binanın bütün hissələrində maska taxmalıdırlar.

Sərəncamı verən maska taxmır

Bu sərəncamdan bir gün əvvəl vitse-prezident Mike Pence-in köməkçisinin və prezident Donald Trump-ın şəxsi xidmətçisinin COVID-19-a tutulduqları xəbər verilmişdi.

Cənab Trump deyib ki, bu, onun göstərişidir.

Buna baxmayaraq mayın 11-də Ağ Evin Qızılgül bağı hissəsində mətbuat konfransına maskasız gələn Trump deyib ki, o bu sərəncama əməl etməməlidir, çünki “hamıdan kifayət qədər aralı” dayanır.

Ağ Evin koronavirus işçi qrupunun üç üzvü xəstəliyə mümkün yoluxma ehtimalı ilə bağlı iki həftəliyinə özünütəcridə gedib.

Onların arasında qrupun rəhbəri professor Anthony Fauci də var.

Ötən cümə günü vitse-prezident Pence-in mətbuat katibi Katie Millerdə koronavirus aşkar edilib. O Trump-ın köməkçisi Stephen Millerin arvadıdır.

Bundan əvvəl Donald Trump-ın şəxsi xidmətçisi koronavirusa yoluxmuşdu.

Trump-la təmasda olanlar hər gün test edilir

Trump mətbuat konfransında deyib ki, ölkədə koronavirus testlərinin artırılması məqsədilə maliyyə vəsaitinin məbləği də artırılıb.

Hökumət bu məqsədlə ştatlara bu ay üçün 11 milyard dollar ayırıb.

Hazırda Trump-la gündəlik ünsiyyətdə olan Ağ Ev rəsmiləri hər gün koronavirus testi edilir.

Jurnalistlərin “bütün amerikalılar üçün testlər nə vaxt çatımlı olacaq” sualına Trump “kim istəsə elə indicə test oluna bilər” cavabını verib.

Şərhçilər onun bu iddiasının mübahisəli olduğunu bildirirlər.

ABŞ prezidenti bundan əvvəl həftələrlə ABŞ boyunca karantinin yumşaldılmasının və işə qaytımağın vaxtı olması barədə çağırışlar etmişdi.

Lakin ictimai sağlamlıq ekspertləri xəbərdarlıq ediblər ki, karantinin vaxtından tez yumşaldılması yoluxmaların ikinci dalğası ilə nəticələnə bilər.

Test statistikası

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin qaydalaırna görə karantinin yumşaldılmasından öncə 14 gün ərzində yoluxmaların azalması və hər 1000 nəfərdən 30-nun test edilməsi zəruridir.

CovidTracking Project kampaniyası bildirir ki, may ayı ərzində ABŞ-da günə orta hesabla 248 min test keçirilib.

Ağ Ev bildirir indi bu rəqəm günə 300 min testə çatıb.

Lakin ekspertlərin fikrincə karantinin qaldlılması üçün günə azı 900 min test edilməsi zəruridir.

Bu həftəyə olan məlumata görə hələlik ABŞ-ın 330 milyonluq əhalisinin yalnız 2.75 faizi test edilib, heç bir ştatda test olunan əhalinin sayı 10 faizi keçməyib.

Texas, Cənubi Karolina və Arizona ştatlarında bu rəqəm 2 faizdən də azdır.

XS
SM
MD
LG