Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:48

Bakıdakı 160 yaşı olan bina dağılmaq üzrədir


illüstrasiya
illüstrasiya

-

“Dəfələrlə ayağım döşəmənin arasına girib, burxulub. Divarlar o vaxt zəlzələnin təsirindən aralandı. Eyvanlarda gəzməyə qorxuruq. Tavanlarımız deşik-deşikdir, yağış yağanda su evə dolur”.

Bunu Sabunçu rayonu, Ələsgərov küçəsində qədim, ikimərtəbəli, ümumi yaşayış tipli binada yaşayan Əvəz Əvəzov deyir. Bina 160 il əvvəl inşa olunub. Buradakı vəziyyət haqqında bir müddət əvvəl də “Qaynar xətt”ə şikayət ünvanlanmışdı. Əvəz Əvəzov deyir ki, ​Fövqəladə Hallar Nazirliyindən də gəlib baxıblar. Bu binada yaşamağın təhlükəli olduğunu deyiblər. Qəzalı olması barədə rəy də verilib. Divarları yarıq-yarıqdır, döşəməsi aralı-aralı, tavanı da öz bildiyimiz kimi təmir eləmişik ki, başımıza uçmasın”.

“QONAQ GƏLİR, AYAĞI DÜŞÜR DÖŞƏMƏNİN ARASINA”

Bu dəfə “Qaynar xətt”ə təkrar müraciət edən sakinlərin deməsinə görə, şikayətlərindən sonra FHN və yerli icra hakimiyyətindən gəlib binaya növbəti dəfə baxış keçiriblər, tezliklə köçürüləcəklərini deyib gediblər. Ancaq hələ də binada səksəkə içərisində yaşamaqdadılar.

Sakinlər söyləyir, imkanları bəzi xırda-para təmir-bərpa işləri görməyə çatır. Ancaq bina elə vəziyyətdədir ki, sökülüb yenidən tikilməlidir.

Sakinlər binadakı vəziyyəti belə təsvir edirlər:

“Qonaq gəlir, ayağı düşür döşəmənin arasına, adam qonaq yanında utanır. Dəfələrlə ayağım döşəmənin arasına girib, burxulub. Divarlar o vaxt zəlzələnin təsirindən aralandı. Eyvanlarda, ümumiyyətlə, gəzməyə qorxuruq. Tavanlarımız deşik-deşikdir, yağış yağanda su evə dolur”.

Bu ünvanda sakinlərin əsəblərini tarıma çəkən səbəblərdən biri də kommunal xətlərin bərbad vəziyyətidir.

“CÜZİ TƏQAÜDLƏ HANSI TƏMİR İŞİNİ GÖRƏ BİLƏRƏM?”

Şəxsən mən təqaüdçüyəm, başqa gəlirim yoxdur. Cüzi təqaüdlə hansı təmir işini görə bilərəm? Uzaqbaşı, divara bir qab rəng alıb çəkə bilərəm. Bununla iş bitmir.

Səidə Babayeva deyir, işıq, qaz xətləri də qəzalı vəziyyətdədir. İşıq xətlərində tez-tez qısaqapanma olur. Bu yaxınlarda yanğın da başlayıb. Qonşular yığışıb söndürüblər:

“Hərə öz evini birtəhər abıra salır. Ancaq bu, yetərli deyil. Şəxsən mən təqaüdçüyəm, başqa gəlirim yoxdur. Cüzi təqaüdlə hansı təmir işini görə bilərəm? Uzaqbaşı, divara bir qab rəng alıb çəkə bilərəm. Bununla iş bitmir. Bu bina sökülməlidir, yenisi tikilməlidir. Ya da bizə başqa yerdə ev verilsin, köçək gedək”.

Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu yaxınlarda binanın bir hissəsi təmir olunub. Hazırda qalan hissəsinin təmiri üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentinə məktub göndərilib. Məktub əsasında vəsait ayrılmalıdır ki, təmir işləri davam etdirilsin.

XS
SM
MD
LG