Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:41

Facebook-da çağırış etdi və... Baş Polis İdarəsində döyüldü?


Arxiv foto
Arxiv foto

-

Ümid Partiyasının üzvü Malik Fərzəliyev AzadlıqRadiosuna deyir ki, 21 yaşlı Emin Fərzəliyev aprelin 7-də Bakı Şəhər Baş Polis İdarəsinə aparılaraq orada polis əməkdaşları tərəfindən döyülüb. Səbəbsə gəncin Facebook səhifəsində Qarabağa dəstək kimi yürüşə çağırış etməsi olub.

Youtube Kanalımıza abunə ol - ölkədə baş verənlərdən xəbərin olsun

«Əvvəla, dövlətçilik əleyhinə çağırış etməyib ki, əməlində bir cinayət ola... Sonrası da, xoşuna gəlmirsə, çağır, de ki bunu etmə... Yoxsa qatı cinayətkar kimi tökülüşün üstünə, aparın salın Baş Polis İdarəsinə, çırpın gənci... Bu nə özbaşınalıqdır? Oğlum deyir, aralarında bir mayor vardı, ən çox da həmin mayor döyürdü. Oğlumdan tələb edirmiş ki, qabağımda diz çök».

Malik Fərzəliyev deyir, oğlundan əvvəl onun özünü gəlib evdən aparıblar: «Məni 17-ci polis bölməsinə apardılar. Dedilər, oğlun hanı? Düzü, nigaran qaldım. Dedim, nə baş verib ki? Dedilər, gəlsin çıxsın, sonra deyərik. Elə ordaydım, xəbər gəldi ki, oğlumu tutub Baş Polis İdarəsinə aparıblar».

Atanın sözlərinə görə, Eminin barmaqlarında şiş var. Emin həmin şişlərin dəyənək zərbələrindən yarandığını söyləyib.

Hələlik, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Malik Fərzəliyevin sözlərinə görə, onun özü də DİN 102 xidmətinə məlumat verib, daxili işlər naziri Ramil Usubova isə elektron müraciət ünvanlayıb. Ancaq heç birinə cavab almayıb. O, baş verənlərə görə müraciətlərini davam etdirəcəyini bildirir.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

XS
SM
MD
LG