Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:08

Bəxtiyar Hacıyev polisdə təhdid edildiyini deyir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Gənc fəal bunu Daxili İşlər naziri Vilayət Eyvazov haqqında yazdığı statusla izah edib

İctimai fəal Bəxtiyar Hacıyev bildirir ki, bugün, fevralın 11-də Bakı Şəhər Baş Polis İdarəsində rəhbərlik səviyyəsində təhdid edilib.

Onun qeyd etməsinə görə, Baş Polis İdarəsinə bir cinayət işi ilə bağlı şahid qismində dəvət edilsə də, İdarənin rəis müavini, polkovnik Vüqar Ələkbərov onu otağına dəvət edərək çox sərt şəkildə təhdid edib.

Gənc fəal bunu Daxili İşlər naziri Vilayət Eyvazov haqqında yazdığı statusla izah edib.

DİN təkzib edir

Amma Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev “Turan” Agentliyinə bildirib ki, Bəxtiyar Hacıyevə qarşı heç bir təhdiddən söhbət gedə bilməz:

"Bəxtiyar Hacıyev öz ampluasındadır. Səsləndirilən iddialar əsassızdır".

Gənc fəal ötən il də hədələndiyini demişdi

Deputatlığa keçmiş namizəd, ictimai fəal Bəxtiyar Hacıyev ötən ilin sentyabr ayının ortalarında da bildirirmişdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi onu hədələyib.

Hacıyev onda qeyd edirdi ki, onun polisə 50 gün əvvəl verdiyi şikayətinə baxılmadığına görə daxili işlər naziri Vilayət Eyvazov barədə Facebook-da tənqidi rəy yazıb.

Fəalın vurğulamasına görə, sentyabrın 9-da onu həmin idarəyə aparıblar və idarə rəisi ona psixoloji təsir göstərmək istəyib.

Hacıyevin sözlərinə görə, rəis ona deyib ki, Facebook-da statusu silməsə, həbsdən artıq cəza alacaq.

İctimai fəal evə qayıdarkən tənqidi statusunu silmədiyini açıqlayıb.

Onda da bu məsələ ilə bağlı "Turan"ın sualına cavab verən Daxili İşlər Nazirliyinin Kütləvi informasiya vasitələri və ictimaiyyətləəlaqələr şöbəsinin rəisi Elşad Hacıyev ictimai fəalın hədələnməsi barədə dediklərini "həqiqətə uyğun olmayan cəfəngiyat" adlandırmışdı

Xatırlatma

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG